İnsanlara hürriyət, millətlərə istiqlal!

"Azərbaycana düşmən olan qüvvələr bundan istifadə etməyə çalışacaqlar" - ekspert   

821 15.04.2024 19:17 Gündəm A A

"80-ci illərin sonu, 90-ci illərin əvvəlində mitinq keçirmək məcburiyyət idi. Çünki bu qədər televiziya kanalı yox idi. Müxalifət sözünü ancaq meydanlarda deyə bilirdi".

Bunu Musavat.com-a Alyans Araşdırmalar Mərkəzinin sədri Abutalıb Səmədov bildirib.

Attachment

O qeyd edib ki, indiki halda mitinq təyin edən adamlar nədənsə çoxsaylı  televiziya kanallarından istifadə etmirlər:  "Əli Kərimli yalnız bir kanalda çıxış edir. Düşüncələrini, proqramlarını, təkliflərini çıx, kanallara de, hamı səni eşitsin. Bunun üçün mitinq təyin etməyə nə ehtiyac var? Təəssüf ki, uzun illər mitinqlərə hakimiyyətə təzyiq göstərmək, hakimiyyəti dəyişmək vasitəsi kimi baxılıb. Onların başında 90-ci illərin havası qalıb. Azərbaycana düşmən olan qüvvələr bundan istifadə etməyə çalışacaqlar. Əlbəttə ki, buna nail ola bilməyəcəklər. Azərbaycan hakimiyyəti kifayət qədər güclüdür. Ölkəmizdə sabitlik kifayət qədər möhkəmdir. Söz demək meydanı kifayət qədərdir. Ola bilər bu həm də qrant silməyin bir vasitəsidir". 

Nigar HƏSƏNLİ,
Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR