İnsanlara hürriyət, millətlərə istiqlal!

Ağacların altında şəkil çəkdirirlər və deyirlər ki... - Köçəryan həmin kəndlərdən DANIŞDI

1156 08.04.2024 15:28 Son xəbər A A

“Biz kəndləri təslim etmirik, bu, mümkün deyil, belə adam cinayətkar sayılır. Biz sadəcə dövlət sərhədinin qanuni rəsmiləşdirilməsi prosesinə başlayırıq”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik daimi komissiyasının sədri, deputat Andranik Köçəryan deyib.

Onun sözlərinə görə, Ermənistanda siyasi qüvvələr reallığa uyğun gəlməyən şeylərdən danışırlar.

“Oraya (Tavuş rayonuna - red.) gedirlər, ağacların altında şəkil çəkdirirlər və deyirlər ki, guya Ermənistan kəndləri təslim edib. Hüdud çəkməyi, təsəvvür etdiyiniz təhlükəsiz mühiti yaradacağınızı düşünürsünüzsə, bunun üçün uzun illər lazım olacaq. Əvvəllər bu kəndlər bir yerdə yaşayırdılar. Müharibə başlayanda düşmənçilik dərinləşdi. Halbuki sovet dövründə onlar vahid təhlükəsizlik damı altında olublar”, - deyə deputat vurğulayıb.

Köçəryana görə, sərhədlərin müəyyənləşdirilməsi prosesi Tavuşdan başlayıbsa, deməli, Baş Qərargah bunu məqsədəuyğun hesab edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR