İnsanlara hürriyət, millətlərə istiqlal!

61 yaşlı azərbaycanlı iş adamının qatili haqda İLGİNC DETALLAR - FOTO

1800 22.04.2024 13:14 Son xəbər A A

Xəbər verildiyi kimi, aprelin 20-də Moskva vilayətinin Balaşixa şəhərində 61 yaşlı azərbaycanlı iş adamı Nazim Əhmədov qətlə yetirilib. 

İş adamını güllələyən qatil və onun ortağı Türkiyədə gizlənib.

Musavat.com xəbər verir ki, bu barədə "Mash" teleqram kanalı məlumat yayıb.

UBİT.jpg (111 KB)

Xatırladaq ki, qatil aprelin 20-də Nazim Əhmədovu mağazasının yaxınlığında pusquya salaraq güllələyib. O, iş adamına sinəsindən və başından atəş açıb. Qatil Nazim Əhmədovun həyat yoldaşını da öldürməyə cəhd edib. Cinayət ortağı qatilin hadisə yerindən qaçmasına kömək edib. Məlumata görə, onlar Şeremetyevo hava limanından Türkiyəyə uçublar.

Qətlin sifariş xarakterli olduğu ehtimal edilir.

Moskva vilayəti üzrə İstintaq Komitəsində hər iki şəxsə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə və qanunsuz silah alveri ittihamı irəli sürülüb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR