Свобода людям, независимость нациям!

Mundialda inklüziv dəyərlərin nümayişi və qanqaraçılıq

1353 27.06.2026 11:30 Колумнисты A A

Oyanıb kompüteri işə salan kimi soccerstand.com saytında Misir-İran matçının nəticəsinə baxdım. Gördüm, cənub qonşularımız müharibə apardıqları kimi də futbol oynayıblar: nə udublar, nə də uduzublar.

3 oyun, 3 heç-heçə, 3 xal. 3 qol vurub, 3-nü də buraxıblar. Pis nəticə deyil, amma yaxşı nəticə də sayılmaz. Çünki bu göstərici “qrupun yaxşı üçüncüləri”ndən biri olmağa kifayət etməyə bilər. 4 xal toplayıb 3-cü yeri toplayanlar var.

Amma mövzumuz bu deyil. Bildiyiniz kimi, o matçla bağlı mübahisəli məsələ vardı. Hər iki komandanın rəhbərliyi və oyunçuları oyundan qabaq FİFA-ya müraciət etmişdilər ki, qarşılaşmanın keçiriləcəyi stadionda (ABŞ, Sietl şəhəri) LGBT bayraqlarından istifadə olunmasın.

FİFA-nı da nə deyim, nə olsun, LGBT bayraqlarının stadionda dalğalanmasına rəsmən icazə vermiş, hələ təşər-təşər matçı "Qürur oyunu" adlandırmış, belə bir bəyanat da yaymışdı ki, məqsəd Sietl şəhərinin inklüziv dəyərlərini və mundialın insanları birləşdirən gücünü nümayiş etdirməkdir.

Misir və İran milliləri isə bu qərarın LGBT təşkilatlarının fəaliyyəti üçün imkan yaratdığını bildirərək buna qarşı kəskin mövqe nümayiş etdirirdilər. Hətta İran tərəfi oyunu boykot edə biləcəyini bəyan edirdi.
Sonra tərəflər gördülər ki, FİFA öz eksklüziv qərarından geri çəkilən deyil, mütləq Sietl şəhərinin inklüziv dəyərlərini nümayiş etdirəcək, ona görə də futbolçular diqqətlərini yalnız oyuna yönəldəcəklərini bildirdilər.

Bir tərəfə baxanda iranlı və misirli idmançıları qınamalı deyil. LGBT mənsubluğu İranda ağır cinayət, böyük qəbahət, günah, haram sayılır və cəzalandırılır. Futbolçular da qorxurdular ki, ölkəyə qayıdandan sonra onları dolaşdırarlar, deyərlər, LGBT bayraqlarının dalğalandığı stadionda futbol oynamışınız, bir növ cinsi azlıqları təbliğ etmişiniz, ona görə də şallaqlanırsınız.

Şallaq olan yerdə isə şıllaq atmaq mümkün deyil. Çox dara-bara salarsan, çəkərlər dar ağacının altına, bağıra-bağıra qalarsan.

Misir də LGBT məsələsində yumşaq ölkələrdən deyil, amma orada şəriət rejimi olmadığı üçün bu işə dözümlü yanaşırlar. Yəni xoşlarına gəlmir, amma dözürlər, deyirlər, qoy o tərəfə rədd olsunlar, xəta-bəlalarını bizdən uzaq eləsinlər.

Bir sözlə, FİFA LGBT mənsublarına hörmətini izhar edərək qərarından geri çəkilmədi, oyun baş tutdu və hamı həm mundialın insanları birləşdirmək gücünü, həm də cinsi azlıqların cinsi çoxluq üzərindəki avtoritetini gördu.

Matçın heç-heçə bitməsi isə onu göstərir ki, o bayraqların oyunçulara isti-soyuğu olmayıb. Tərəflər göy qurşağının rənglərini əks etdirən bayraqlara fikir vermədən oynayıblar və heç-heçəyə razılaşıblar. Hərçənd o qanqaraçılıqdan sonra LGBT mənsublarının stadionda nə işləri vardı, hansı tərəfə azarkeşlik edəcəkdilər? Bir şey ki, yarışan tərəflərin ikisi də o bayrağa və onu yellədənlərə nifrət edir. Buradan belə çıxır ki, onlara futbol-filan lazım deyil, əsas məqsədləri çox adam olan yerlərdə özlərini təbliğ etməkdir.

Yeri gəlmişkən, bəzi mənbələrdə LGBT abreviaturasının sonunda bir Q+ da görnür artıq. Düzü, Q nə deməkdir, hələ bilmirəm, amma + onu göstərir ki, qapı bağlı deyil, artmaqda olan yeni cinsi azlıq qrupları üçün açıqdır. Ona görə də ola bilər, gələcəkdə həmin abreviatura bu şəkilə düşsün: LGBTQCFHRXNZ+

Növbəti mundiallarda, olimpiada və “Eurovision” kimi yarışmalarda stadionlar, yarış zalları başdan-başa spektri andıran andırlarla bəzənmiş olsa, heç kəs təəccüb etməsin gərək. Oxumuş adamlar demişkən, tendensiya böylədir.

Cənub qonşumuzun LGBT-çilərə münasibətini dedik, şimal qonşumuz da o cür düşünür. Orda da cinsi azlıqları “petux” deyib incidirlər. Hərçənd onlar orada daha mütəşəkkildirlər və özlərini elit qrup sayırlar – İrandakı kimi “pis ibnələr” deyillər.

Qərb qonşularımızdan Gürcüstan göy qurşağını əks etdirən bayraqlara qarşıdır, parlamentdə qərar da qəbul ediblər ki, o kateqoriyadan olan insanlar üzdən iraq olsunlar. Ermənistan Avropaya yaxınlaşdığı üçün Avropanın “inklüziv dəyərləri”nə hörmət edir.

Biz isə ölkə olaraq nə parlamentdə onlara qarşı xüsusi qanun qəbul etmişik, nə təqib edib incidirik, nə də düz-əməlli hörmət qoyuruq. Adamlar başlı-başına buraxılıblar, kefləri istəyəndə şənlik-filan da keçirirlər, bəzi sektorlarda üstün mövqedədirlər, efirə-ekrana da çıxırlar. Asan yox, kəsən yox. Sadəcə, onlar da gərək özlərini təvazökar aparsınlar, çox şey eləyəndə, məhəllə qaqaşlarının xoşuna gəlmir və onlar “inklüziv dəyərlər”də xəbərsizdirlər.

**

Dünya köhnə dünyadır, ibnələri təzədir.

 

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости