Свобода людям, независимость нациям!

Çalxalanan Türkiyə siyasəti - biz kimin tərəfindəyik?

1369 24.05.2026 19:28 Колумнисты A A

Türkiyənin siyasi gündəminin Azərbaycanda da diqqətlə izlənməsinin iqtidar-müxalifət davasından daha ciddi səbəbləri var. Türkiyə təkcə regionda deyil, dünyada bizim üçün özəl və mühüm ölkədir, bunun səbəblərinin ayrıca izahatına ehtiyac yoxdur.

Hamımızın ürəyində “bir Türkiyə” var. Türkiyə şəxsən mənim kimi çoxları üçün futbol, məsələn, “Qalatasaray”- “Fənərbağça” rəqabəti deyil, bunların daha ötəsində dayanan sevgi, qardaşlıq və mənəvi bağlılıq hissidir.

***

İki ölkənin xəbər məkanı çoxdan birləşib - məsələn, Bakıdakı beynəlxalq tədbiri Türkiyə telekanalları öz uğurları kimi işıqlandırır. Türkiyədə baş verənlər haqda da hər gün görüb-eşitdiklərimiz Azərbaycanın efir planlaşdırmasında “xarici xəbər bloku” hesab olunmur. O səbəbdən qardaş ölkədə xüsusən də seçkilər dövründə Azərbaycanın ictimai-siyasi həyatı da sanki canlanır. Türkiyəyə bu cür diqqət adətən, prezident və parlament seçkilərində olur, hətta sosial şəbəkələrdə bu mövzuda “qırğın müzakirələr” günlərlə səngimir. Yəni Türkiyəni izlımək üçün onun siyasi həyatına da az-çox bələd olmaq lazım gəlir... 

Picture background

Cümhuriyyət Xalq Partiyası (CHP) haqda Ankara məhkəməsini məlum qərarından sonra Türkiyədə siyasi gündəm xeyli gərginləşib. Biz iki qardaş ölkə olaraq, qəbullanırıq ki, fərqli siyasi-partiya sistemlərində yaşayırıq, tam fərqli seçkilər keçiririk.

O səbəbdən CHP-nin sonuncu 38-ci qurultayının nəticələrinin ləğvinə bəzi sosial şəbəkə istifadəçilərinin “məhkəmə Özgür Özəli işdən çıxardı” ironik reaksiyası təəccüblü deyil. 

Picture background

Türkiyədə məhkəmənin necə deyərlər, “kəsdiyi başa” sorğu-sual yoxdur. Ola bilsin ki, məhkəmələr son illər daha çox siyasiləşib, cəmiyyət də verilən qərarları əvvəlki kimi tərəfsiz qəbul etmir. Xüsusilə hüquqi sistemə sızmış FETÖ-nun Türkiyənin gündəmini dəyişən qondarma cinayət işləri (məsələn, “Balyoz” və “Ergenekon”) ölkənin ədalət sisteminə vurduğu ziddi zərbə hələ də özünü göstərir.Bu səbəbdən İstanbul bələdiyyəsinin sabiq başqanı Əkrəm İmamoğlu barədə verilən qərarlar və hazırda davam edən məhkəmə prosesi ölkə daxilində bəzi suallar doğurur. Qısacaq olaraq onu deyək ki, Türkiyədə müxalifətin ən populyar siması hesab olunan “İmamoğlu məsələsi” təkcə CHP üçün deyil, Türkiyə üçün hüquqi problemdir. 

Picture background

CHP ətrafında hazırkı hüquqi gərginliyin səbəbi bəllidir. Ankara məhkəməsi CHP-nin 2023-cü ilin noyabrında keçirilmiş qurultayını etibarsız sayıb. Bu qərarla Özgür Özəlin başqanlığı hüquqi baxımdan ləğv edilib və partiyanın keçmiş lideri Kamal Kılıçdaroğlu yenidən başqan kimi tanınıb. CHP rəhbərliyi bunu “məhkəmə çevrilişi” adlandırır, qərarı partiyaya siyasi müdaxilə kimi qiymətləndirir.

Fakt faktlığında qalır ki, Özgür Özəlin sədrliyi dönəmində CHP bələdiyyə seçkilərində İstanbul və Ankara kimi strateji şəhərlərdə mövqeyini qorudu, hətta AKP-nin bəzi ənənəvi bölgələrində üstünlük də əldə etdi.

İndi yaranmış vəziyyət hələ son qurultaydan əvvəl Kılıçdaroğlu tərəfdarları ilə Özgür Özəl komandası arasında başlamış savaşın hüquqi müstəvidə həllinin nəticəsidir. Özəlin sədr seçildiyi 38-ci qurultaya hiylə qatılması haqda çoxsaylı şikayətlər olması da faktdır, burada AKP iqtidarını suçlamaq qərəzdən başqa bir şey deyil. Verilən şikayətlər birləşdirilib və uzun araşdırmadan sonra Ankara məhkəməsi iddiaları əsaslı hesab edərək 38-ci qurultayda başqanlıq , eləcə də digər yetkili orqanlara seçkilərin nəticələrini tanımayıb. Kıçdaroğlunun bu qərarın “harasında” olduğu haqda birmənalı rəy yoxdur, amma onun əleyhdarları CHP-yə sədrliyə qayıtmasına qarşı fiziki, yəni qapıları bloklamaqla müqavimət göstərmək alınmadı. Polis bu gün mərkəzi qərargahda Kılıçdaroğlunun qayıtmasına müqavimət göstərənləri dağıtdı. Hüquqi müstəvidə dartışmalar aylarla davam edəcək, qorxulusu budur ki, qarşıdurma küçələrə sıçraya bilər. 

Picture background

Kılıçdaroğlu ilk saatlar daha mülayim açıqlamalar verirdi, hətta Özəllə birgə çıxış yolu tapacaqlarına ümidli danışırdı. Bu hüquq dava Türkiyəyə ziyan gətirib. CHP haqda məhkəmə qərarından sonra İstanbul birjasında eniş yaşanır, investorların siyasi risklərdən narahat olduğu bildirilir.

Bu onsuz da iqtisadi təlatümlər yaşayan Türkiyə üçün əlavə çətinliklər yarada bilər. Dünyada Azərbaycan kimi Türkiyənin də bədxahları yetərincədir və bu kimi hadisələrdən Ərdoğan iqtidarına qarşı sui-istifadə edirlər. Təsadüfi deyil ki, Avropa siyasi dairələri və beynəlxalq təşkilatlar “Türkiyədə məhkəmə sisteminin siyasi alətə çevrilməsi ilə bağlı narahatlıq ifadə edirlər”.

CHP-nin başına gələnlər “özü yıxılan ağlamaz” deyimini yada salır. Partiyanın 2028-də olası prezident seçkilərində hakimiyyətin əsas alternativ kimi qalacağı, yoxsa parçalanacağı haqda da müzakirələr haqsız sayılmaz.

Sonda. CHP rəhbərliyə qayıdan Kamal Kılıçdaroğlunun Azərbaycanla bağlı mövqeyi birmənalı olmayıb, onun müşaviri olmuş Ünal Çeviköz (Azərbaycandakı keçmiş səfir) isə hətta İkinci Qarabağ müharibəsi zamanı Azərbaycanda muzdlu döyüşçülər olduğunu iddia etmişdi. İnsaf naminə, Özgür Özəl CHP başqanlığı dönəmində Azərbaycanla münasibətdə həmişə səmimi fikirləri ilə seçilib.


Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости