İnsanlara hürriyət, millətlərə istiqlal!

Zurabyan: "Paşinyan Vardanyan və başqalarını taleyin ümidinə buraxıb"

912 02.12.2023 17:35 Region A A

Paşinyan hakimiyyəti Qarabağ separatçılarının (mətndə uydurma bir yerin adı çəkilir-red.) keçmiş liderlərini, o cümlədən Ruben Vardanyanı taleyin ümidinə buraxıb.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə dekabrın 2-də mətbuat konfransında Erməni Milli Konqresinin sədr müavini Levon Zurabyan bildirib.

“Həmin keçmiş liderlərin taleyi ilə bağlı onlar heç nə etmirlər, Azərbaycan hakimiyyəti qarşısında heç bir tələb irəli sürmürlər”, - deyə o qeyd edib.

Zurabyanın sözlərinə görə, bu hakimiyyət Ruben Vardanyanla bağlı məsələlərdə əxlaqsız mövqe nümayiş etdirir.

“Bu şəraiti nəzərə alsaq, bu gün onlar irəli getməkdənsə, heç olmasa bir qədər həmrəylik nümayiş etdirə bilərdilər. Bu, alçaqlıqdır, əxlaqsız münasibətdir. Nikol Paşinyan bütün dünyaya demokratiya baxımından nailiyyətlər əldə etdiyini car çəkir. Lakin bu tamamilə yalandır, bu hakimiyyət öz münasibəti ilə göstərir ki, onlar Ermənistanda heç bir müxalifət gücünə dözməyə hazır deyillər”, - deyə o bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR