İnsanlara hürriyət, millətlərə istiqlal!

Zəlzələdə dağılan binalara görə 188 nəfər HƏBS EDİLDİ

453 27.02.2023 10:40 Region A A

Türkiyədə zəlzələlərdən sonra səhlənkarlıq şübhəsi ilə 188 inşaatçı və podratçısı həbs edilib.

Bu barədə “Hürriyet” məlumat yayıb.

Qeyd olunur ki, ölkə hakimiyyəti yeraltı təkanlardan sonra binaların uçmasına səbəb ola biləcək şirkətlərin rəhbərliyi və işçiləri arasında 626 şübhəli şəxs müəyyən edib. Onlardan 188-i həbs edilib, 218-i məhkəmə baxışından sonra sərbəst buraxılıb.

Daha əvvəl 166 podratçı nəfərin həbs edildiyi bildirilirdi.

Dağıntının xarakterinə görə tikinti zamanı kritik səhvlərə yol verildiyi güman edilir. Bəzi çoxmərtəbəli binalar yan üstə çökdü, bunun səbəbi səhv hesablamalar, torpağın aşınması və ya dayaq strukturlarının sökülməsi ola bilər.

Fevralın 6-da Türkiyədə 7,7 və 7,6 bal gücündə güclü zəlzələlər qeydə alınıb. Fəlakət nəticəsində ölənlərin sayı 44 mini keçib.//Publika.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR