İnsanlara hürriyət, millətlərə istiqlal!

Zaxarova Paşinyanın iradına cavab verdi

522 29.12.2022 17:09 Siyasət A A

“Rusiya sülhməramlı kontingentinin tənqidi qəbuledilməzdir, Moskva vəziyyəti yaxşılaşdırmağa çalışır”.

Bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bugünkü brifinqdə Ermənistanın baş naziri Nikol Paşinyanın bəyanatını şərh edərkən deyib.

M.Zaxarova söyləyib ki, Rusiya sülhməramlı kontingenti vəziyyətin yerində nizamlanması üçün əlindən gələni edir.

“Heç bir publik hücum işin həllinə kömək etmir”, - deyə rusiyalı diplomat vurğulayıb.

Qeyd edək ki, bir müddət əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Nazirlər Kabinetinin iclasında söyləmişdi ki, Rusiya obyektiv və ya subyektiv səbəblərə görə Qarabağda sabitlik və təhlükəsizliyi təmin edə bilmirsə, o zaman ya BMT Təhlükəsizlik Şurasının iclasında müzakirəyə başlamalı, bununla da Rusiya sülhməramlılarına sülhməramlıların verilməsi məsələsini qaldırmalıdır. Ya da BMT Təhlükəsizlik Şurasının mandatı ilə Qarabağa əlavə çoxmillətli sülhməramlı qüvvələrin göndərilməlidir.

Mənbə: Report

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR