İnsanlara hürriyət, millətlərə istiqlal!

Zaqatalada qonaqların gözü qarşısında güllələnərək öldürülən Natavanın FOTOSU

1853 28.05.2024 18:25 Kriminal A A

Mayın 27-də Zaqatala rayonunun Yuxarı Tala kəndi ərazisindəki evdə 44 yaşlı Natavan Əhmədovanın qətlə yetirilməsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.

N.Əhmədovanın müəllim kimi işlədiyi bildirilsə də, onun Zaqatala rayon Çüdülbinə kənd kitabxanasının kitabxanaçısı vəzifəsində çalışması dəqiqləşib.

Qardaşı tərəfindən güllələnərək qətlə yetirilən Natavanın fotosunu təqdim edirik:

img-20240528-wa0081 (1).jpg (63 KB)

Qeyd edək ki, hadisənin qısqanclıq zəminində törədilməsi iddia edilib. Bildirilib ki, atasının vəfatının 25-ci ildönümü mərasimi ilə bağlı Natavan Əhmədova valideyninin evinə gəlib, burada 35 yaşlı Nurlan Əsgərov qonaqların gözləri qarşısında bacısını güllələyib.

Məlum olub ki, hadisəni törədən N.Əsgərov narkotik istifadəçisidir. Onun üzərində məhkumluq var və elektron qolbaq daşıyır. N.Əsgərov əvvəllər də məhkumluq həyatı yaşayıb.

Ağır bədən xəsarətləri alan Natavan Əhmədova Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılarkən yolda dünyasını dəyişib./Publika.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR