İnsanlara hürriyət, millətlərə istiqlal!

Zahid Orucdan TƏKLİF: "Deportasiya reyestri yaradılsın"

1061 28.12.2022 14:55 Siyasət A A

"Cənab Prezidentin şəxsi həyatı üçün özəl gündə artıq ənənəyə çevrilmiş, dövlətin və millətin gələcək strategiyasını, milli hədəflərini göstərməyə xidmət edən görüşləri, tədbirlərindən biri olan qərbi azərbaycanlılarla görüşünü 2022-ci ilin hadisəsi adlandırmaq olar".

Bunu millət vəkili, Sosial Tədqiqatlar Mərkəzinin sədri Zahid Oruc Musavat.com-a Prezident İlham Əliyevin qərbi azərbaycanlılarla görüşünü şərh edərkən bildirib.

O, Prezidentin ilk növbədə zaman məsələsinə diqqət çəkdiyini vurğulayıb: "Prezident ölkəmizi müxtəlif ambisiya, geopolitik iddia, dövlət kimi varlığını təhdid edən ayrı-ayrı ərazilərə iddiada ittiham etməmək üçün Qarabağın işğaldan azad edilməsindən sonra məsələnin gündəliyə fəal şəkildə gətirildiyini ayrıca qeyd etdi. Ötən on illər ərzində ölkə rəhbəri tərəfindən İrəvan, Göyçə və digər itirilmiş torpaqlar məsələsi fəal şəkildə qoyulmuşdu. Bu, Ermənistana diplomatik, siyasi danışıqlarda təzyiq göstərmək məqsədini güdmürdü. Görülmüş fundamental işlər həm də verilən siyasi bəyanatlarla paralel dövləti qərarlarda, bu torpaqlarla əlaqəli görülən yaddaş siyasətində, elm, təhsil, teatr və s. coğrafiya ilə bağlı olan tarixi ərazilərimizin qorunub saxlanmasında, həmçinin toponimlər və s. məsələlərə fundamental baxışda özünü göstərməkdə idi. İndiki reallıqda Prezident bir neçə məsələni ayrıca qeyd etdi. Təsnif etsək, bu məsələləri üç qrupa ayırmaq olar. Birincisi, Azərbaycan xalqı ilə aparılmalı işlərdir ki, deportasiyaya məruz qalmış, əsrlər boyu faciələr yaşamış insanların belə demək olarsa, deportasiya reyestri yaradılmalıdır. Digər tərəfdən, tarix baxımından mövqeyimiz güclənməlidir. 90-cı illərdə ermənilərin savaşı həm də bu istiqamətdə iddialarla müşayiət olundu. Bir neçə deportasiya yaşayanlar sağdırlar, onlar irsimizi, şifahi hekayətləri yazılı mənbələrə köçürməlidirlər. Təşkilatlanma, hüquqi, siyasi işlər, prosesi beynəlxalq məkana çıxarmaq üçün təməllərin atılması ikinci önəmli addımdır. Hakimiyyət qolları ilə yanaşı, üçüncü sektor təmsilçiləri - partiyalar, vətəndaş cəmiyyəti institutlarının bu məsələdə fəal iştirak edəcəyini düşünürük. Ölkə rəhbəri onlara da xitab etmişdi. Milli mübarizədə onları partnyor kimi gördüyünü qeyd etdi. Laçın dəhlizində baş verən son hadisələr sübut edir ki, yalnız silahlı hərbi qüvvələr, ordu birləşmələri deyil, silahsız, amma güclü, təsirli gücə malik olan yumşaq güc siyasətinin ən mühüm avanqardı, öncülü olan üçüncü sektor da milli mübarizədə önəmli rol oynayır. 90-cı illərdə bundan düzgün yararlana bilməmişdik. İkinci qayıdış proqramı tarixi torpaqlara qayıdışı özündə ehtiva edir. Bu mənada inamla söyləmək olar ki, Prezident təkcə qərbi azərbaycanlıların deyil, həm də şimal və cənubda yaşayan milyonlarla soydaşımızın tək lideridir. Bakı qalib ölkənin mərkəzi kimi inam yeridir".

fe84c294-4cae-39cc-950b-228f68622375_850.jpg (111 KB)

Zahid Oruc qeyd edib ki, konsepsiya elə tərtib olunmalıdır ki, milli hədəflər, strategiyanın nədən ibarət olduğu bəlli olsun, elm camiyəsi tərəfindən, ideoloji siyasi qüvvələrin qəbul etdiyi doktrina olsun: "Biz 90-cı illərdə azərbaycançılıq idealı ətrafında birləşmişdik. İndiki reallıqda isə bizə mütləq bu istiqamətdə yeni milli ideallar lazımdır ki, fərqli millətlər onların ətrafında birləşsin. Üçüncü məsələ beynəlxalq müstəvidə mübarizənin təşkilidir. Bizim istinad etdiyimiz ən mühüm konseptioloji təməl dinc mübarizədir, sülh yolu ilə qayıdışdır. Bu mübarizənin hər bir elementi aktual olmalıdır ki, beynəlxalq təşkilatlar ölkəmizi işğalçılıqda ittiham etməsinlər, əleyhimizə qərarlar, qətnamələr qəbul edilməsin. Milyonlarla insan fəal şəkildə Ermənistana və dünyaya müraciət edə bilər ki, evlərinə qayıtmaq istəyirlər. Müharibənin gətirdiyi reallıqlar əsas gətirilə bilər. Bu baxımdan uzun illər lazım olacaq. Qarabağ hadisələri faktiki olaraq İrəvandan, Göyçədən başladı. Nəticədə 4 ilə nəinki tarixi ərazilərimizi, o cümlədən sovet dövründə qoruyub saxladığımız ərazilərimizi də itirdik. İndi isə Böyük Qayıdış başlayır. Ərazilərimizi işğaldan azad etmək üçün 30 il mübarizə apardıq, amma tarixi torpaqlara dönüş 1, bəlkə 2 il çəkə bilər. Regional və beynəlxalq hadisələrin istiqaməti bu yöndədir. İlham Əliyev əsl lider kimi məharətli şəkildə regional proseslərdən yararlanır. Bu, Azərbaycanın dövlət hüququdur. Ermənistanın infrastruktur qurmağa gücü çatmırsa, kənara çəkilsin, azərbaycanlıların dönüşü üçün infrastrukturu Azərbaycan qursun.

Ulu öndər Qərbi Azərbaycan məsələsinə hər zaman həssas yanaşıb, çünki onun doğmaları o ərazilərdən didərgin düşüb. Nəinki sıravi vətəndaş, ölkə başçısı qlobal erməniçiliyin cinayətlərini yaşayır. Ona görə də cənab Prezident vurğulayır ki, babasının yurduna qayıtmaq istəyir. Görüşdəki çıxışında sonuncu cümləsi belə idi: "Əminik ki, bu məsliclər gələcəkdə məhz öz tarixi torpaqlarımızda qurulacaqdır". Hər bir mərkəzi təşkilat, siyasi institutlar, tarixçilər bu işə töhfə verməlidirlər. Sosial Tədqiqatlar Mərkəzi fundamental araşdırmanı cari ildə ictimaiyyətə təqdim etdi. Bu prosesi davam etdirəcəyik".

321913493_1817692885259949_3231875435119517122_n.jpg (131 KB)

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR