İnsanlara hürriyət, millətlərə istiqlal!

Yeniyetməni ürəyindən bıçaqladılar

769 01.08.2023 10:59 Kriminal A A

Gəncədə və Qaxda bıçaqlanma hadisəsi baş verib.

“Qafqazinfo”nun məlumatına görə, Gəncə şəhəri Dədə Qorqud küçəsində yerləşən çayxanaların birində 2006-cı il təvəllüdlü yeniyetmə ürək nahiyəsindən bıçaqlanıb.

O, xəstəxanaya yerləşdirilərək dərhal əməliyyat edilib, vəziyyətinin kafi olduğu bildirilir. Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

Digər hadisə isə Qax rayonunun Lələli kəndində qeydə alınıb.

Belə ki, gecə saatlarında 22 yaşlı Orxan İsmayıl oğlu Qəhrəmanov döş qəfəsinin kəsilmiş-deşilmiş daxilə nüfuz edən xəsarəti ilə Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Vəziyyəti orta-ağır qiymətləndirilir. Müalicəsi xəstəxananın reanimasiya şöbəsində davam etdirilir.

Faktlarla bağlı araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR