İnsanlara hürriyət, millətlərə istiqlal!

Yeni Kaledoniya müstəqil olacaqmı?

1149 24.02.2024 19:07 Siyasət A A

Sakit Okeanda yerləşən və Fransanın müstəmləkə ərazisi kimi tanınan Yeni Kaledoniya son vaxtlar müstəqillik uğrunda mübarizəyə qalxıb.

Hətta ötən il ölkəni əhatə edən etiraz və mitinqlər küçə toqquşmalarına çevrilib. Fransadan olan rəsmilərin səfəri zamanı bölgədə fransız istismarına qarşı çıxan qruplarla polis arasında gərginlik daha da artıb. Prezident Makronun və nazirlərin bu səfərləri sözün əsl mənasında bölgəni atəşə sürükləyir.

2021-ci ildə keçirilən müstəqillik referendumunda aşağı iştirak nisbəti və bir qrup tərəfindən seçkilərin boykot edilməsi referendumu mübahisəli edib.

Bəs niyə Fransa Yeni Kaledoniyadan imtina etmək istəmir? Çünki əhalisinin əksəriyyətinin kasıb olduğu bu bölgədə zəngin nikel mədənləri var.

Fransada təcavüzkar kimi tanınan, müsəlmanlara mənfi münasibət bəsləyən və “Bozqurdlar” hərəkatını ölkəsi üçün təhlükəli hesab edib, qadağan edən Fransa daxili işlər naziri Jerald Dermanen Yeni Kaledoniyanın müstəqillik yoluna daş qoyanlardandır.

Onun referendum zamanı tez-tez Yeni Kaledoniyaya səfər etməsi diqqət çəkib.

Xüsusən də nazirlərin bölgəyə səfəri və seçki öncəsi iğtişaşlar şəhərin mərkəzini müharibə vəziyyətinə çevirib.

Məsələn, Fransanın üç naziri paytaxt Numeada rəsmi görüşlər keçirərkən polis izdihamı dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə etməli olub.

Həm polis, həm də mülki şəxslər tərəfindən xəsarət alanların, etirazçılar arasında isə həbslərin olduğu deyilir. Etirazların böyüməsinin qarşısını almaq üçün paytaxta giriş-çıxış qadağan edilib.

Gələcək haqqında düşünsək, Yeni Kaledoniyada baş verənlər və müstəqillik tərəfdarlarının uğurlu olub-olmayacağı, əlbəttə ki, mübahisəlidir. Lakin bu məsələdə Fransa hökumətinin münasibəti və insan haqları ilə bağlı səmimiliyi göz qabağındadır. Fransanın imperialist münasibətindən əl çəkməməsi və digər ölkələrin daxili işlərinə qarışmağı “ümumbəşəri hüquq” elan etməsinin arxasında, şübhəsiz ki, regional maraqlar dayanır.

Daim ucadan deyilən hüquq və azadlıq anlayışları nədənsə onların istismar etdikləri ölkələrə aid deyil.

Yeni Kaledoniya üçün hələlik bunları deyə bilərik. Fransanın dəstəklədiyi qrupla müstəqillik tərəfdarları arasında yaranmış gərginlik qısa zamanda həll olunmayacaq kimi görünür və bu savaşlar Fransanın xeyrinədir.

754021.jpg (51 KB)

Elnur Paşa,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR