İnsanlara hürriyət, millətlərə istiqlal!

Yaxın Şərqdə populyarlaşan qənaət: “Bu, ABŞ-ın müharibəsidir”

443 25.11.2023 11:25 Dünya A A

Yaxin Şərqdə Fələstin-İsrail münaqişəsinin “Amerika müharibəsi” olması qənaəti getdikcə populyarlaşır, çünki ABŞ İsraili aktiv şəkildə dəstəkləyir və yəhudi dövlətinin ordusu döyüşlərdə iştirak edir.

Musavat.com xəbər verir ki, bu barədə “The Washington Post”un materialında yazılıb.

“Yaxın Şərqdə üstünlük təşkil edən fikir ondan ibarətdir ki, İsrail vuruşsa da, bu, Amerikanın müharibəsidir. ABŞ-ın diplomatik yardımı və ABŞ-dan yüksək texnologiyalı silahların tədarükü olmadan İsrail HƏMAS-ı məhv etmək üçün Qəzzada genişmiqyaslı əməliyyat keçirə bilməzdi”, - nəşr yazır.

Beyrutdan olan analitik Məhəmməd Obeyd nəşrə bildirib ki, münaqişəni tənzimləmək üçün diplomatik vasitələrdən istifadə edilməli idi: “Münaqişənin siyasi həllini tapmaq üçün diplomatları göndərməzdən əvvəl onlar döyüş gəmilərini və silahlarını göndərərək cavab verməklə hədələdilər”. Onun fikrincə, ABŞ Fələstin-İsrail gərginliyinin tam hüquqlu tərəfinə çevrilib.

"Bayden administrasiyasının iş başına gəldikdən bəri danışdığı Amerika dəyərləri haradadır?" — Misirli analitik Maha Allam nəşrə şərhində bildirib. O vurğulayıb ki, amerikalıların öz kurslarını dəyişmək üçün çoxlu imkanları var idi, lakin Vaşinqton onlardan istifadə etməyib.
Beləliklə, nəşr qeyd edir ki, ABŞ Rusiyanın Ukraynada əməliyyata başlamasından sonra nümayiş etdirdiyi “yüksək mənəvi standartını” aşağı salıb. İndi Baydenin Rusiya Federasiyasına mülki şəxslərin müdafiəsi ilə bağlı mühazirələri İsrailin Qəzzada məktəblərə və xəstəxanalara zərbələri ilə bağlı çox təmkinli bəyanatları ilə müqayisə edilir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR