İnsanlara hürriyət, millətlərə istiqlal!

Yaxın 10 ildə Fransa sənayesi əcnəbilərə möhtac qalacaq

491 25.11.2023 18:51 Dünya A A

Fransanın sənaye şirkətləri yaxın 10 ildə bir neçə ixtisas üzrə mütəxəssis çatışmazlığı ilə üzləşəcək.

Musavat.com xəbər verir ki, Fransanın sənaye üzrə məsul nazir-nümayəndəsi Roland Lescure bildirib ki, bu problemi həll etmək üçün müvafiq bacarıqlara malik əcnəbiləri işə cəlb etmək lazım gələcək.

Onun “France Info” televiziyasına müsahibəsində dediyinə görə, növbəti 10 ildə sənayedə təxminən 1,3 milyon iş yeri açılacaq:

“Şübhəsiz ki, biz mühacirlərə müraciət etməli olacağıq”.

Nazir bildirib ki, yaxın illərdə ölkədə, xüsusən də metal konstruksiyaların istehsalı üzrə qaynaqçı və mütəxəssis çatışmazlığı yaranacaq:

“Əgər biz 800-900 min gənci (10 il ərzində - red.) hazırlaya bilsək, bu, müstəsna nəticə olacaq. Amma eyni zamanda 100-200 min nəfərlik kəsir yaranacaq ki, bu ehtiyacı da məcburən başqa yerlərdən gələn işçilərlə təmin etməli olacağıq”.

Fransa Milli Statistika və İqtisadi Tədqiqatlar İnstitutunun məlumatına görə, 2022-ci ildə ölkədə 7 milyon immiqrant yaşayıb ki, bu da ümumi əhalinin 10,3 faizini təşkil edir. Eyni zamanda onların 35 faizi (2,5 milyon nəfər) Fransa vətəndaşlığını qəbul edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR