İnsanlara hürriyət, millətlərə istiqlal!

Yaşlı kişi azyaşlı qıza dəfələrlə TƏCAVÜZ ETDİ: “Maşına minməsən, səni incidəcəm” - ŞOK OLAY

3619 27.07.2023 18:03 Dünya A A

ABŞ-ın Texas ştatında silah zoru ilə qaçırılan 13 yaşlı qız kağıza yazdığı qeyd sayəsində xilas edilib.

Musavat.com xəbər verir ki, ABŞ mətbuatının yazdığına görə, adı açıqlanmayan qız iyunun 6-da ailəsinə xəbər vermədən məktəbli dostuna baş çəkmək üçün evdən çıxıb.

Dayanacaqda avtobus gözləyərkən bir nəfər maşını ilə yaxınlaşaraq silahını ona doğru tutub: “Maşına minməsən, səni incidəcəm” - deyib. Stiven Sablan adlı 61 yaşlı kişi kiçik qızı maşınına mindirərək yoxa çıxıb. İfadəyə görə, şübhəli San Antoniodan Nyu Meksiko və Arizonaya 19 saatlıq səyahət zamanı kiçik qıza bir neçə dəfə təcavüz edib.

64bbc1ab4e3fe018b8f067cc.jpg (64 KB)

Ailəsi qızını heç yerdə tapa bilməyəndən sonra iyunun 7-də onun itkin düşdüyü barədə polisə məlumat verib. Kiçik qızı tapmaq üçün həm ailə, həm də təhlükəsizlik qüvvələri səfərbər olub. Lonq-Biçdəki camaşırxanada avtomobilini saxlayan adam qızdan paltarını dəyişməsini istəyib və paltarı götürüb camaşırxanaya daxil olub. Bu qısa müddət 13 yaşlı qurbana bir kağız parçasına "mənə kömək et" yazmaq imkanı yaradıb.

Qızın maşının şüşəsinə qırmızı hərflərlə “kömək edin” yazılan kağız qoyduğunu görən bir şəxs dərhal polisə müraciət edib. Dərhal hadisə yerinə gələn polis 61 yaşlı kişini avtomobilin kənarında yaxalayıb.

Məlum olub ki, "cinsi təcavüz etmək səbəbi ilə azyaşlı oğurlamaq" ittihamı ilə həbsxanaya göndərilməsi gözlənilən Stiven Sablan 1979 və 1985-ci illərdə silahlı soyğunçuluq, 2016-cı ildə isə qeyri-qanuni maddə saxlamaq ittihamı ilə mühakimə olunub.

Bildirilib ki, 13 yaşlı qız uşaq və ailə xidmətləri şöbəsi tərəfindən qorunma altına alınıb.

Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR