İnsanlara hürriyət, millətlərə istiqlal!

Yasamaldakı partlayışda yaralananlardan biri evə buraxılıb

603 06.07.2026 13:35 Hadisə A A

Yasamal rayonu, Ümid Ələkbərov küçəsində yerləşən ikimərtəbəli yaşayış evində baş verən partlayışda xəsarət alanların son vəziyyəti açıqlanıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Musavat.com-a bildirilib ki, iyulun 4-də Yasamal rayonu, Ümid Əkbərov küçəsində yerləşən yaşayış evində baş vermiş partlayış nəticəsində xəsarət alan üç nəfərin (iki qadın, bir kişi) Nərimanov Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Yanıq Mərkəzində müalicəsi davam etdirilir.

Onların vəziyyəti ağır qiymətləndirilir:

“Qeyd edək ki, hadisə baş verən ərazidən keçərkən xəsarət alaraq Kliniki Tibbi Mərkəzə yerləşdirilən 1 nəfər (qadın) isə ambulator müalicə üçün evə buraxılıb”.

Qeyd edək ki, partlayış ötən gün Yasamal rayonu, Ümid Ələkbərov küçəsində yerləşən ikimərtəbəli yaşayış evinin birinci mərtəbəsində baş verib. Hadisədən sonra yanğın başlayıb. Yanğın nəticəsində ümumi sahəsi 250 kvadratmetr olan evin birinci mərtəbəsində yerləşən iki otağın yanar konstruksiyaları 50 kvadratmetr sahədə yanıb. Hadisə zamanı 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xilasedicilər Qeyd edək ki, partlayış ötən gün Yasamal rayonu, Ümid Ələkbərov küçəsində yerləşən ikimərtəbəli yaşayış evinin birinci mərtəbəsində baş verib. Hadisədən sonra yanğın başlayıb. Yanğın nəticəsində ümumi sahəsi 250 kvadratmetr olan evin birinci mərtəbəsində yerləşən iki otağın yanar konstruksiyaları 50 kvadratmetr sahədə yanıb. Hadisə zamanı 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xilasedicilər 2010-cu il təvəllüdlü Zəhra İsrafilovanın meyitini dağıntılar altından çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Faktla bağlı araşdırma aparılır.

Şahanə Rəhimli
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR