İnsanlara hürriyət, millətlərə istiqlal!

Yaponiyanın baş nazirindən yaponsayağı hərəkət- maaşının artığını xəzinəyə qaytaracaq

431 24.11.2023 12:48 Dünya A A


Yaponiyanın baş naziri Fumio Kişida və kabinet üzvləri maaşlarına artıq yazılan (üstəlik qanuna uyğun olaraq) məbləği geri qaytarıblar.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsuno qərarın hökumətin növbəti iclasından sonra keçirilən iclasda rəsmiləşdirildiyini söyləyib.

“Baş nazir və nazirlərin maaşlarının artırılması xalqın tənqidinə səbəb olub. Ona görə də cəmiyyətdə inamsızlıq yaratmamaq üçün bu məbləğlərin qaytarılmasına razılaşdıq”,-deyə o bildirib.

Yaponiyada dövlət məmurlarının tətil etmək hüququ yoxdur. Bunun müqabilində xüsusi dövlət orqanı parlamentin qərarı ilə onların maaşlarını mütəmadi olaraq özəl sektor işçilərinə ödənişlərin artımına uyğun olaraq artırır.

Buna müvafiq olaraq, baş nazir Kişidanın maaşının ildə 460 min yen (3 min dollardan bir qədər çox) artırılması nəzərdə tutulurdu. Nazirlərin maaşı isə 320 min yen (təxminən 2,1 min dollar) artmalı idi.

Yaponiya baş nazirinin maaşı ayda 3,3 milyon yendən (təxminən 22 min dollar) bir qədər çoxdur. Yaponiyalı nazirin maaşı ayda 2,45 milyon yen (təxminən 16,3 min dollar) təşkil edir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR