İnsanlara hürriyət, millətlərə istiqlal!

Xocavənddə Birinci Qarabağ müharibəsinin altı şəhidi ilə vida mərasimi keçirilir

597 12.07.2024 12:42 Ölkə A A

Qalıqları aşkar edilən Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan şəhidlər Uğur Eldar oğlu Dadaşov, Rəhim Məhkəmə oğlu Doluxanov, Telman Tevon oğlu Tağıyev, Sərvər İldırım oğlu Abbasov, Ədalət Şahmar oğlu Məmmədov və Qərib Həsrət oğlu Mustafayevin nəşi Xocavənd rayonuna gətirilib.

“Report”un Qarabağ bürosunun məlumatına görə, hazırda Qaradağlı kəndində şəhidlərlə vida mərasimi keçirilir.

Qeyd edək ki, Uğur Eldar oğlu Dadaşov 1975-ci il mayın 2-də anadan olub. O, 1992-ci il fevralın 17-də Qaradağlı kəndində itkin düşüb.

Rəhim Məhkəmə oğlu Doluxanov 1958-ci il dekabrın 6-da anadan olub. O, 1992-ci il fevralın 17-də Qaradağlı kəndində itkin düşüb.

Telman Tevon oğlu Tağıyev 1953-cü il fevralın 20-də anadan olub. O, 1992-ci il fevralın 17-də Qaradağlı kəndində (Bəylik bağı) itkin düşüb.

Sərvər İldırım oğlu Abbasov 1962-ci il noyabrın 10-da anadan olub. O, 1992-ci il fevralın 17-də Qaradağlı kəndində itkin düşüb.

Ədalət Şahmar oğlu Məmmədov 1958-ci il mayın 31-də anadan olub. O, 1992-ci il fevralın 17-də Qaradağlı kəndində itkin düşüb.

Qərib Həsrət oğlu Mustafayev 1962-ci il iyulun 1-də anadan olub. O, 1992-ci il fevralın 17-də Qaradağlı kəndində itkin düşüb.

Onlar Qaradağlı kəndindəki Şəhidlər xiyabanında dəfn olunacaq.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR