İnsanlara hürriyət, millətlərə istiqlal!

Xocalıdakı görüşdə mədənlərlə bağlı müzakirələr aparılıb-erməni mediası

817 01.03.2023 14:13 Region A A

Laçın yolu ilə bağlı vəziyyət bu gün Azərbaycan Respublikası, Dağlıq Qarabağ Respublikası nümayəndələrinin, Qarabağ ermənilərinin təmsilçilərinin və Rusiya Federasiyasının sülhməramlı kontingentinin təmsilçiləri arasındakı görüş də müzakirə olunub.

Musavat.com bildirir ki, bununla bağlı erməni mediası Qarabağdakı sülhməramlı qüvvələrin komandanlığına istinadən Xocalıda keçirilən görüşlə bağlı məlumat yayıb. Qeyd olunub ki, tərəflər enerji təchizatı və qazın fasiləsiz təchizatı məsələlərini də müzakirə ediblər.

“Bundan əlavə, görüş zamanı Azərbaycan tərəfinin nümayəndələri tərəfindən Drmbon (Heyvalı-M.) və Kaşen (Dəmirli-M.) mədənlərində ətraf mühitin monitorinqinin aparılması imkanları müzakirə olunub.

Bölgədə gərginliyin azaldılması və dinc həyatın bərqərar edilməsinə yönəlmiş gələcək əməkdaşlıq haqqında razılaşmalar əldə olunub”-erməni mediası Rusiya hərbi komandanlığına istinadən xəbər verir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR