İnsanlara hürriyət, millətlərə istiqlal!

XİN: "Azərbaycanla Aİ arasında qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq davam etdirilib"

249 29.12.2022 18:37 Siyasət A A

"2022-ci ildə Azərbaycanla Avropa İttifaqı arasında bərabərhüquqlu və qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq davam etdirilib".

"Report"un xəbərinə görə, bu, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin 2022-ci ilin yekunlarına dair məlumatında yer alıb.

Bildirilib ki, hesabat ilində Azərbaycan Respublikasının Avropa İttifaqı ilə gələcək əməkdaşlığının hüquqi əsasını təşkil edəcək yeni ikitərəfli saziş layihəsi üzrə danışıqlar aparılıb:

"İyulun 19-da Brüsseldə Avropa İttifaqı və Azərbaycan arasında Əməkdaşlıq Şurasının 18-ci 5 iclası keçirilib və iclasda xarici işlər naziri iştirak edib. Oktyabrın 6-da Avropa İttifaqının Praqada “Avropa siyasi birliyi” Zirvə Toplantısında Azərbaycan Respublikasının Prezidenti iştirak edib və bəyanatla çıxış edib. 12 dekabr 2022-ci il tarixində xarici işlər naziri Brüsselə işgüzar səfəri çərçivəsində Avropa İttifaqının Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin görüşündə iştirak edib. İclasda Şərq Tərəfdaşlığının hazırkı vəziyyəti və gələcək istiqamətləri, regional təhlükəsizlik, Avropa İttifaqı ilə tərəfdaş ölkələr arasında münasibətlərin perspektivləri haqqında müzakirə aparılıb. Azərbaycanın Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT), İslam Əməkdaşlıq Təşkilatı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT), İqtisadi Əməkdaşlıq Təşkilatı, NATO, Avropa Şurası, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM), Şanxay Əməkdaşlıq Təşkilatı, Ərəb Dövlətləri Liqası və digər beynəlxalq təşkilatlar və platformalar çərçivəsində əməkdaşlığı davam edib. Azərbaycan 2022-ci ilin yanvar-aprel aylarında silahlara nəzarət və tərksilah məsələləri daxil olmaqla, hərbi siyasi sahədə inam və təhlükəsizlik yaratma sahəsində ATƏT-in Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumuna (TƏF) sədrlik edib. Azərbaycanın TƏF-ə sədrliyi dövründə hərbisiyasi ölçünün geniş spektri üzrə mövzular, o cümlədən, mina fəaliyyəti, post-münaqişə dövründə bərpa işləri, Avropa təhlükəsizlik arxitekturasında bloklara daxil olmayan dövlətlərin rolu kimi məsələlər üzrə ATƏT çərçivəsində dialoq və anlaşmanın təşviq edilməsinə töhfə verib".

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR