İnsanlara hürriyət, millətlərə istiqlal!

Xətai rayonunda 3 nəfər liftdə köməksiz vəziyyətdə qalıb - VİDEO

434 19.01.2024 14:12 Hadisə A A

Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektindəki doqquzmərtəbəli yaşayış binasının liftində vətəndaşlar köməksiz vəziyyətdə qalıb.

Musavat.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Əraziyə FHN-in Bakı Regional Mərkəzinin xilasediciləri cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, elektrik enerjisinin kəsilməsi səbəbindən doqquzmərtəbəli çoxmənzilli yaşayış binasının lifti altıncı mərtəbədə dayanıb və 2-si azyaşlı olmaqla 3 nəfər vətəndaş liftdə köməksiz vəziyyətdə qalıb.

Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapısını açaraq köməksiz vəziyyətdə qalan sakinləri xilas ediblər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR