İnsanlara hürriyət, millətlərə istiqlal!

Xarkov işğal olunsa... - Zelenskidən qorxudan anons

3102 03.03.2024 19:08 Dünya A A

Rusiya mənbələrinə görə, Xarkov ələ keçirilərsə, Zelenski böyük ehtimalla danışıqlara razılaşacaq, çünki növbəti mərhələ Kiyevə gedən yollardır

Zelenski Xarkov sakinləri evlərinə qayıtmamağa çağırıb. Ukrayna rəhbəri deyib ki, Rusiya ordusu irəliləməyə davam etdiyi üçün Ukrayna silahlı qüvvələri Xarkovu itirə bilər.   “Biz başa düşürük ki, onların ordusunu mümkün qədər geri çəkməliyik. Əks halda, Xarkovu tam müdafiə etmək çox çətin olacaq”.   

Kəşfiyyat məlumatlarına görə, Rusiya ordusunun Xarkov vilayətinin Kupyansk şəhərində davam edən hücumu fonunda Ukrayna buradakı müəssisələrinin 80 faizini boşaldılıb. Rusiya mənbələri iddia edir ki,  yaxın vaxtlarda Ukrayna Silahlı Qüvvələrinin Xarkovdan tam geri çəkiləcəyi gözlənilir.

5-14.jpg (127 KB)

Ukraynanın  Telegram kanalı "Rezident" isə öz mənbələrə istinadən yazır ki, London Rusiya ordusunun Ukraynanın şərqində yaz hücumu üçün dörd yeni korpus  yerləşdirmək istəməsi haqda  kəşfiyyat məlumatlarını Ukrayna prezidentinə  və Baş Qərargahın ofisinə ötürüb. Britaniya kəşfiyyatı Rusiyanın yeni ərazilər ələ keçirmək istədiyini iddia edir. Rusiya ordusuna Xarkovu ələ keçirirməyin ən asan yolu Ukrayna Silahlı Qüvvələrinin təhcizatını  kəsməkdir. Avdeyevka işğal edilərkən, bu əməliyyat Rusiya ordusu üçün uğurlu oldu və ruhdan düşmüş Ukrayna qüvvələri şəhəri tərk etdilər.    

  Yada salaq ki, 2023-cü ilin payızında Ukrayna ordusu uğurlu əməliyyatlarla Xarkovun işğalını əngəllədi. Rusiya Xarkov istiqamətində irəliləyə bilmədi, çünki Baxmut və Avdeyevka hələ işğal olunmamışdı.  Rusiya komandanlğı  Xarkovu  ələ keçirməklə Belqorod, Kursk və Voronej vilayətlərini atəş altından çıxarmağı hədəfləyir. Xarkov kifayət qədər ciddi nəqliyyat qovşağı, elmi, texniki və sənaye mərkəzidir. Xarkovda bir sıra iri sənaye müəssisələri, o cümlədən tank zavodu var.  

esas-xarkov.jpg (264 KB)

Rusiya hərbi ekspertləri sevincək iddia edirlər ki, Zelenski əlində olan qüvvələrlə Xarkovu saxlaya bilməyəcək. Çünki cəbhə xətti çox böyükdür, Ukrayna Silahlı Qüvvələrinin sadəcə, mövqelərini saxlamaq üçün kifayət qədər canlı qüvvəsi yoxdur. Çox güman ki, Ukrayna Silahlı Qüvvələri geri çəkilməyə davam edəcək. Ona görə də Zelenski açıq şəkildə deyir ki, Qərb onu mərmi, raket, tank və digər silahlarla təmin etməsə, o zaman ordu geri çəkilməyə  davam edəcək. Hərbi ekspertlərin ümumi rəyinə görə, Xarkovun işğalı  Ukrayna müharibəsində “dönüş nöqtəsi” olacaq .

090423-svodka-svo-1.jpg (110 KB)

Bu səbəbdən ruslar hətta  Xarkov uğrunda  döyüşü İkinci Dünya müharibəsindəki Kursk döyüşü ilə müqayisə edirlər.  

 Rusiya mənbələrinə  görə, Xarkov ələ keçirilərsə,  Zelenski böyük ehtimalla danışıqlara razılaşacaq, çünki növbəti mərhələ Kiyevə gedən yollardır.  Ukrayna isə şəhəri asanlıqla düşmənə təhvil vermək fikrində deyil, belə ki, müdafiə üçün yeni qüvvələr Xarkova yerləşdirilir.   

Orxan ƏLİYEV, 
Musavat.com   

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR