İnsanlara hürriyət, millətlərə istiqlal!

Xankəndiyə gələn axçilərin arxasınca su səpən “sülhməramlılar”

1752 31.01.2023 13:24 Yazarlar A A

Neçə gündür ki, cəmiyyət olaraq başımız İrandakı səfirliyimizdə törədilmiş xain hücuma, terror hadisəsinə qarışıb, bu, təbiidir. Qəzəbimiz ölçüyəgəlməzdir, Azərbaycanın müstəqillik tarixində bir qara ilk yaşanıb, diplomatik nümayəndəliyimizə silahlı hücum olub, şəhid vermişik, özü də müsəlman ölkədə, qonşuda!

Dövlət və millət olaraq, hətta dini kəsimin rəhbərliyi səviyyəsində münasibətimiz bəllidir, məhz belə də olmalı idi. Prezident İranda baş verənləri terror aktı kimi qiymətləndirib, cinayətkarların cəzalandırılmasını tələb edib, xarici siyasət idarəsi də sərt şəkildə, diplomatiyanın imkan verdiyi səviyyədə münasibətini bildirib, eyni zamanda elə bir az əvvəl vətəndaşlarımıza müraciətdə İrana səfər etməmək tövsiyə olundu. Bəli, İrandakı fars-molla rejimindən hər cür namərdlik gözləmək olar. Əgər bir rejim ki, məhz azərbaycanlı olduqları üçün Xoy şəhərindəki zəlzələdən zərər çəkənlərə, şaxtalı gecələri küçələrdə keçirənlərə yardım əlini uzatmırsa, demək bu rejimdən ehtiyatlanmağa kifayət qədər əsas var. Bu rejim hətta bizim şəhidimiz Orxan Əsgərovun nəşinin Bakıya yola salınmasını belə, gecikdirdi, İslama, dini dəyərlərə, qonşuluğa sığmayan bir addım atdı! Odur ki, qəzəbimiz sonsuzdur! Bu mənada Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyx Allühşükür Paşazadənin “İranda 40 milyona yaxın azərbaycanlı fars rejiminin əlində əsirdir” deməsi çoxlarının ürəyindən xəbər verdi. Hələ bu hadisələr baş verməmiş Azərbaycanın dövlət başçısı İrandakı rejimin namərd davranışlarını, işğalçı və terrorçu Ermənistana hər cür dəstək verməsini, sərhədlərimizdə hərbi təlimlər keçirməsinə reaksiyasında İranda milyonlarla azərbaycanlının ana dilində təhsil almaq hüququndan məhrum edildiyini söyləmişdi. Bununla da rəsmi Tehrana heç olmasa dini dəyərləri unutmayaraq, müsəlman qardaşının təbii haqlarını tanımağı, dilini kəsməməyi tövsiyə etmişdi. Lakin əksini müşahidə etdik, daha dəhşətli hadisə baş verdi, bir əsrdə iki dəfə müstəqilliyini elan edən Azərbaycanın hər iki halda varlığını həzm edə bilməyən, müstəqil dövlətimizi ən gec tanıyanların sırasında yer alan Tehran rejimi bu dəfə müstəqilliyimizə güllə atdı – Azərbaycan Respublikasının bir parçası olan elçiliyində! Bu, bir dövlətə qarşı müharibə elan etməyə bənzər aktdır. Odur ki, bu gün Vətən naminə birlik nümayişimiz məhz bizə yaraşan addımdır. Necə ki, 2020-ci ilin Tovuz döyüşlərindən sonra, 44 günlük müharibədə hamımız bir olduq, ancaq Qarabağ uğrunda düşündük, yumruğa döndük, sonda zəfər qazandıq, bu gün də Azərbaycana qarşı faktiki olaraq müharibə edənlərə qarşı vahid komandanlıq halında mübarizə aparmalıyıq. Yalnız bu formul bizi dövlət və millət olaraq yeni-yeni zəfərlərə aparacaq, artıq sınaqdan çıxmış taktikadır...

Sülhməramlılar üçün məsuliyyətli məqam: Azərbaycan Müdafiə Nazirliyi  narazılığını bildirir - 26.11.2022, Sputnik Azərbaycan

Bu arada şimal küləklərini də unutmamalıyıq. Daha da konkretləşdirsək, Rusiyanın Qarabağda oynadığı oyunları, məkrli siyasətini. Qarabağdakı terrorçu rejiminin başçısı Arayik Arutyunyanın Rusiyaya getdiyi barədə məlumatlar yayılıb. Əvvəla, hansı yolla? Axı, həm ermənilər, həm onların Avropadan tutmuş Amerikaya, ordan da Rusiyaya qədər hamı ağız-ağıza verib şivən qoparır ki, Azərbaycan Laçın yolunu bağlayıb, Qarabağdakı ermənilər boğulur, ölür, qırılırlar! Yol necə bağlıdır ki, Arayik Arutyunyan kimi baş cəllad belə, keçib gedir, hətta Rusiyaya uşur?! Azərbaycanın ekofəallarının artıq 51-ci gündür davam etdirdikləri dinc aksiyasının üzərinə çamur atan mənfur dairələr indi cavab versinlər: 2020-ci ilin oktyabrında “Gəncənin raketlə vurulmasını mən əmr etmişdim”-deyən Arutyunyan hansı yolla Qarabağdan çıxıb və Moskvaya gedib? Bu günlərdə Rusiyanın hüquq-mühafizə orqanlarının əməkdaşları Azərbaycan vətəndaşını elə hava limanındada saxlayıb, deport etdilər, heç bir əsas gətirmədən. Amma terroru şəxsən etiraf edən Arayik Arutyunyan az qala hər kvartalda Moskvaya uçur. Sonuncu dəfə ötən ilin 27 oktybarında İrəvan-Moskva reysi ilə Rusiya paytaxtına uçmuşdu. Qayıdandan sonra Rusiya canişini Ruben Vardanyanın “dövlət naziri” təyin olunması barədə “fərman verdi”. Bu dəfə hansı təlimatla qayıdacaq, maraqlıdır. Amma həm də hansı yolla qayıdacaq Qarabağa? Laçın yolu bağlıdırsa əgər...Rusiyanın hərbi kontingenti, Beynəlxalq Qırmızı Xaç Komitəsinə məxsus 1000-dən çox minik və yük maşını Ermənistandan Qarabağa, yaxud geriyə hərəkət edib bu ay yarımda. Elə bu gün ermənilər xəbər yayıblar ki, daha 3 xəstəni Xankəndidən Gorus tərəfə aparıblar, üst-üstə Ermənistana çatdırılan xəstələrin sayı 58-dir. Yaxşı, yol bağlıdırsa, onlar necə olub rahat mənzilbaşına çatıb? Bu sual ətrafında nə Roma Papası düşünür, nə AŞ PA, nə Avropa Parlamenti, nə ABŞ Dövlət Departamentindəki erməni sevdalıları!

Qarabağda sülhü və təhlükəsizliyi təmin edəcəyi barədə öhdəlik götürmüş Rusiyanın işləkləri bununla bitmir ki...Budur, Qarabağda müvəqqəti yerləşdirilən rus sülhməramlı kontingenti Rusiyanın 44 vətəndaşını bölgədən təxliyə edib. Bundan əvvəl də 64 Rusiya vətəndaşı olanlar Qarabağdan çıxarılmışdı. Onlar Qarabağda nə gəzirmiş? Bu gün ermənilər özləri Vardanyan-Autyunyan rejimindən, eləcə də rus hərbçilərin əlindən xilas olub qaçmaq istəyir, Rusiyadan arvad-uşağı kim daşıyıb gətirib Azərbaycan ərazilərinə? İndi deyəcəklər ki, onlar hərbçilərin ailə üzvləridir. Razılaşmaya əsasən, 1960 rusiyalı hərbçi yerləşdirilib Qarabağda, daha onların arvad-uşağı barədə də bənd salınmayıb ki, 10 noyabr bəyannaməsinə! Digər tərəfdən, Xankəndi, Ağdərədə “rus icması”, “rus mərkəzləri” yaradılması, erməni məktəblilərə rus dilində tədris materiallarının paylanması nə oyun idi?

Azərbaycan Xankəndi, Xocalı və Xocavəndə də suverenliyini bərpa edəcək »  "Dünya" informasiya agentliyi

Bununla da bitmədi...Erməni mənbələri yazıb ki, “artsax respublikasının xarici işlər naziri” Sergey Qazaryan Ermənistan Demokratik Partiyasının “Artsaxın müdafiəsində” ictimai təşəbbüsü və “Qadınlar erməni Vətəni uğrunda” təşkilatının nümayəndə heyətlərinin üzvlərini qəbul edib. Diqqət edin: “Artsax respublikasının xarici işlər nazirliyinin məlumatına görə, görüş zamanı tərəflər artsaxın Azərbaycan tərəfindən davam edən blokadası nəticəsində yaranmış vəziyyəti, eləcə də onu aradan qaldırmaq üçün mümkün tədbirləri müzakirə ediblər”. Həyasızlıq davam edir. Ermənistandan at ilxısı, köpək sürüsü kimi tökülüb gəlirlər Xankəndiyə, görüşlər keçirirlər, deyirlər “blokadada ölürük!”

İndi də Qarabağdakı axçilər Azərbaycanın üstünə gəlir - SƏRSƏM İDDİA

Əsas sual: Rusiya hərbi konmtingenti Ermənistandan gəlmiş bu axçiləri Qarabağa hansı əsasla buraxıb?! Arutyunyanı Moskvaya yola salırlar, axçiləri də Xankəndiyə...

Bir o qalıb ki, arxalarınca su da səpsin "tovariş" Volkov!

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR