İnsanlara hürriyət, millətlərə istiqlal!

Xankəndidəki poliklinikada ilk erməni sakinə tibbi xidmət göstərilib - VİDEO

1296 02.10.2023 18:53 Gündəm A A

Bu gün Xankəndi şəhərindəki poliklinikada tibb personalı tərəfindən ilk erməni sakini Vladimir Maytarçana zəruri tibbi xidmət göstərilib.

TƏBİB-dən verilən məlumata görə, Xankəndi şəhərində tibbi xidmətin təşkili ilə bağlı tədbirlər davam etdirilir.

Ambulator xidmət göstərən poliklinika artıq fəaliyyətə başlayıb, ixtisaslaşdırılmış tibbi heyət, o cümlədən müxtəlif tibb mütəxəssisləri, 7 ambulans və təcili tibbi yardım briqadası xidməti fəaliyyətini icra edir.

Poliklinikada ilkin cərrahi, kardioloji və terapevtik xidmətlərin göstərilməsi mümkündür.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR