İnsanlara hürriyət, millətlərə istiqlal!

Xalq artistindən Taleh Yüzbəyova SƏRT CAVAB: "O, çox qələt edir"

1341 27.04.2024 10:55 Qalmaqal A A

“İctimai TV”də yayımlanan “Alatava” serialı müzakirələrə səbəb olub.

Bir sıra narazılıqlardan sonra serialın ssenari müəlliflərindən olan aktyor Taleh Yüzbəyov tənqidlərə cavab verib.

O, “Alatava” serialını tənqid edən Xalq artistlərini tərbiyəsiz adlandırıb.

Xalq artisti Rasim Balayev isə Yüzbəyovun ittihamlarına sərt reaksiya verib.

“Künc-bucaq” layihəsinin qonağı olan sənətçi, “O, bizim tərbiyəsizliyimizi harada görüb? Eşitdiyimə görə, deyib ki, ev alanlar tərbiyəsizdir. Bu tərbiyəsizlikdir? O, çox qələt danışıb”, - qeyd edib.

Sfera.az bildirir ki, aktyor Azər Aydəmir də məsələyə münasibət bildirib. O, Rasim Balayevi çox sevdiyini vurğulayıb:

“Çox saf insandır. Hörmətli podkast əhli, onunla manipulasiya etməyin. Yönləndirməyin. Alət etməyin. Rasim müəllimin yanında daima olan insanlardan isə xahiş edirəm ki, sənətkarla bir rahat yerdə əyləşib, pürrəngi çay sifariş edib müəllimə “Alatava”nı göstərsinlər. 3 seriyaya maksimum 2.5 saat gedəcək və söhbət dərhal bağlanacaq”.

Aktyor Rasim Balayevin köməkçisinə də müraciət edib:

“Canlı əfsanəni görmək istəyən, ondan müsahibə almaq istəyən 24/7 minlərlə adam zəng edə bilər. Sən də barı "yox" deməyi bacar da, qadan alım”.//sfera.az

 

Xatırladaq ki, Xalq artisti Rasim Balayev ötən gün “Alatava” serialında söyüş söyülməsini və qeyri-etik ifadələrin ekrana gətirilməsini tərbiyəsizlik adlandırmışdı.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR