İnsanlara hürriyət, millətlərə istiqlal!

“WhatsApp” istifadəçilərinin NƏZƏRİNƏ

9317 04.09.2022 22:44 Texnologiya A A


"WhatsApp" messencerinin komandası gələcək yeniləmələrdə tətbiqin təkmilləşdirilməsinə kömək etmək üçün istifadəçilərə sorğular göndərməyə başlayacaq.

Musavat.com "habertechno"ya istinadən xəbər verir ki, "WhatsApp Surveys" adlı çatda istifadəçilər messencerin yeni funksiyaları ilə bağlı suallar və rəylərini yaza biləcəklər.

Əgər istifadəçi sorğuda iştirak etməyə dəvət olunarsa, sorğunun məqsədi barədə ona məlumat veriləcək.

İstifadəçilər gələcəkdə sorğulara dəvət olunmamaq üçün "WhatsApp Surveys" çatını bloklaya biləcəklər.

Toğrul İSMAYIL,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR