İnsanlara hürriyət, millətlərə istiqlal!

Volodin: "Rusiya ilə sərhədin bağlanmasından finlər 3 milyard avro itirəcək"

339 28.11.2023 13:00 Dünya A A

Finlandiya Rusiya ilə sərhəddə, demək olar ki, bütün keçid məntəqələrinin bağlanması səbəbindən təxminən 3 milyard avro itirəcək.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bunu RF Dövlət Dumasının sədri Vyaçeslav Volodin Telegram-da bildirib.

“Qərbdə Finlandiya bir sıra problemlərlə üz-üzədir: yanlış düşünülmüş və tələsik NATO-ya daxil olma səbəbindən hərbi xərclərin ciddi artımından tutmuş, Avropa ölkələrinin hələ də öhdəsindən gələ bilmədiyi qeyri-qanuni anti-Rusiya sanksiyalarının nəticələrinə qədər”, - siyasətçi əlavə edib.

Volodin qeyd edib ki, Aİ-nin doqquz ölkəsində bu il iqtisadi göstəricilər mənfi olacaq. O, tənəzzül və ÜDM-in 0,5% itkisi ilə Almaniyanı və Böyük Britaniyadakı durğunluğu misal çəkib.

"Finlandiya rəhbərliyi şərqdə dəmir pərdəni endirməklə, ilk növbədə, öz vətəndaşlarını cəzalandırır və ölkəni inkişaf imkanından məhrum edir", - Dövlət Dumasının sədri vurğulayıb.

Qeyd edək ki, noyabrın 24-nə keçən gecə Finlandiya hakimiyyəti Rusiya ilə sərhəddə “Raya-Jooseppi” istisna olmaqla, bütün keçid məntəqələrini müvəqqəti olaraq bağlayıb. Qərar miqrasiya ilə bağlı çətin vəziyyətlə izah edilib. Finlandiya hökumətinin başçısı Petteri Orponun sözlərinə görə, dövlət sərhəddə nəqliyyatın hərəkətinə yeni məhdudiyyətlər hazırlayır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR