İnsanlara hürriyət, millətlərə istiqlal!

ÜST: “Çində qeyri-adi infeksiya aşkar edilməyib”

296 25.11.2023 11:55 Dünya A A

Ümumdünya Səhiyyə Təşkilatı Çində yeni və ya qeyri-adi respirator infeksiyaların olmadığını bildirib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, ÜST ölkə daxilində “qripə bənzər qeyri-adi xəstəliklərin qruplarının” tapıldığına dair həyəcanverici xəbərdən sonra Pekindən əlavə məlumat istəyib.

ÜST-nin epidemiya və pandemiyaya hazırlıq və qarşısının alınması üzrə müvəqqəti direktoru Mariya Van Kerkhov qeyd edib ki, Çin həqiqətən də, əsasən məktəblilər arasında tənəffüs yolu infeksiyalarına yoluxma hallarında əhəmiyyətli artım müşahidə edib. Lakin bu, iki amillə bağlıdır: soyuq mövsümə xas xəstəliklər və ölkədə anti-COVİD məhdudiyyətlərinin gec götürülməsi.

O, qeyd edib ki, bir-iki il əvvəl başqa ölkələrdə insanlar maskalarını kütləvi şəkildə çıxardıqları və ümumi mövsümi virusları asanlıqla tutduqları kimi indi də Çin həmin ölkələrin başına gələnləri yaşayır.

ÜST məlum patogenlərin, o cümlədən qrip, SARS-CoV-2, RSV və mikoplazma pnevmoniyasının dövriyyəsindəki son tendensiyalar, habelə ölkənin səhiyyə sistemlərinə cari yük haqqında əlavə məlumat tələb edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR