İnsanlara hürriyət, millətlərə istiqlal!

“Uşaq hüquqlarından danışmaq reklam demək deyil” - təşkilat sədri

713 02.06.2022 09:20 Sosial A A

1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Son illərin ən aktual mövzularından biri məhz uşaqların hüquqlarının qorunması ilə bağlıdır. Qeyd etmək yerinə düşər ki, Uşaq Hüquqları Konvensiyası dünyada 2 dövlət istisna olmaqla, bütün dövlətlər tərəfindən təsdiq olunmuş, dünya səviyyəsində ən geniş qəbul olunmuş insan hüquqları alətidir.

Konvensiya uşaqların insan hüquqlarının bütün növlərini - mülki, siyasi, iqtisadi, sosial və mədəni bir sənəddə birləşdirir. Konvensiya BMT Baş Assambleyası tərəfindən 20 noyabr, 1989-cu il tarixində qəbul olunub və 1990-cı ilin sentyabrında qüvvəyə minib. Konvensiyanın 41 maddəsində 18 yaşdan aşağı hər bir uşağın insan hüquqlarına hörmət olunması və müdafiə edilməsi təsvir edilir. Sənəddəki 40-dan çox maddədə uşaq hüquqları ilə bir çox nüanslar- rəylərini ifadə etmək və hər cür informasiya almaq, informasiya və ideyalar vermək hüququ; fikir, vicdan və din azadlığına hörmət və s. nəzərə alınıb.

Oxu.az - Kəmalə Ağazadə: Donmamaq üçün elektrik şitinin içində ölən uşaqdan  sonra sığınacaq yaratdım - MÜSAHİBƏ

Kəmalə Ağazadə: “Bir qız ”mən yorulmuşam, oxumaq istəmirəm" dedi, bu bir mesajdır ki, aşağı sinif şagirdlərinin yükü həddən artıq çoxdur”

Azərbaycan Uşaqlar Birliyinin sədri  Kəmalə Ağazadə “Yeni Müsavat”a bildirdi ki, bu gün Azərbaycanda minlərlə uşaq, qadın, ailə problemləri ilə məşğul olan təşkilat olsa da, onların yalnız bir neçəsinin fəaliyyəti barədə açıq məlumat var: “Vətəndaş cəmiyyətinin diqqətini cəlb etmək üçün məlumatlandırma kampaniyaları keçirməliyik. Bir çox hallarda həmin təşkilatlardan bildirilir ki, reklama ehtiyac hiss etmirlər. Amma anlamaq istəmirlər ki, uşaq, qadın hüquqlarından danışmaq reklam demək deyil. Vətəndaş cəmiyyətində iş aparılmalıdır. Maariflənmə, təbliğat, təşviqat mexanizmlərini gücləndirmək lazımdır. QHT-lər aidiyyəti dövlət qurumları ilə iş aparmalıdırlar. Bir nüansı da nəzərə almaq lazımdır ki, istənilən cəhdin arxasında maliyyə  faktoru var. Təbliğat üçün kiçik maliyyə vəsaiti, qrantlar və s. ayrıla bilər, amma bu da bizim cəmiyyət üçün yetərli deyil. Qanunvericilik də işlək olarsa, bir çox problemlər həllini tapar. Artıq uşaqlar da istəkləri ilə bağlı fikirlərini sərbəst ifadə etməyə başlayıblar. Məsələn, xeyriyyəçilər tez-tez bizə müraciətlər edirlər ki, uşaqların istəkləri əsasında onları sevindirmək istəyirik. Elə bugünlərdə yanımızdakı uşaqlar istəklərini kameraya söyləyəcəklərini dedilər. Onları dedikləri cəmiyyətə lazımlı mesajlar idi: xoşbəxt olmaq istəyirəm, təhsil almaq istəyirəm, mən diqqət və qayğı görmək istəyirəm və s. Bir qız ”mən yorulmuşam, oxumaq istəmirəm" dedi. Bu da bir mesajdır ki, aşağı sinif şagirdlərinin yükü həddən artıq çoxdur. Məncə, ən böyük milli fəaliyyət planı bu videolarda əksini tapıb".

Çingiz Qənizadə hakim partiyanın rəhbər orqanlarında təmsil olunacaq?!

Çingiz Qənizadə: “Bu gün qəbul edilmiş qanunlar olsa da, 10 il sonra boşluq hiss edilə bilər”

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru  Çingiz Qənizadə mövzunu “Yeni Müsavat”a şərh edərkən bildirdi ki,  uşaq hüquqları konstitusiya ilə qorunur: “Uşaq hüquqlarının qorunması ilə bağlı qanunvericilik də mövcuddur. Uşaqların hüquqları tam qorunur. Uşaq sığınacaqları da mövcuddur. Dövlət uşaqların təhsili, təlim-tərbiyəsi ilə bağlı bütün öhdəlikləri yerinə yetirir. Bu gün qəbul edilmiş qanunlar olsa da, 10 il sonra boşluq hiss edilə bilər. Yaxud üzv olduğumuz təşkilatların tələbi ilə əlavələr ola bilər. Günün, yaxud zamanın tələbindən irəli gələrək qanunvericiliyə dəyişiklik, ya da əlavə ilə bağlı konkret təklifim yoxdur”.

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR