İnsanlara hürriyət, millətlərə istiqlal!

Uşaq həbsxanasındakı dəhşətli faktlar: zəiflər cinsi istismara məruz qalır

3814 24.02.2015 15:35 Dünya A A
Türkiyənin İzmir şəhərində azyaşlıların saxlanıldığı cəzaçəkmə müəssisəsində məhkumların bir-birinə işgəncə etdikləri məlum olub. 

Musavat.com-un məlumatına görə, cəzaçəkmə müəssisəsinin müdiri Həmid Karslıoğlunun imzasını daşıyan qurumdaxili məktub üzə çıxıb. Həbsxanadakı psixoloji-sosial şöbəyə göndərilən məktubda “Şakran cəza evi” kimi tanınan uşaq həbsxanasının daxilində baş verən dəhşətli hadisələr əks olunub. Tüklər ürpərdən məktubda yer alan məlumatlara görə, cəza evində zəif uşaqlar özlərindən böyüklər tərəfindən cinsi istismara məruz qalır. Azyaşlılara təcavüzün qrup şəklində edildiyi də məlumatlar arasında yer alıb. 


Psixoloji-sosial şöbəyə göndərilən məktubda bu məlumatlar yer alır: “Uşaq kamerasında olan uşaqlardan ikisi metal çay qaşığı udmaq üçün bəhsə girib. Qaşığı dördə qatlayaraq çörəyin arasına qoyaraq udublar. Hadisə ilə bağlı digər uşaqlar məlumat verdikdən sonra tədbir gördük. Bəzi uşaqlar duru sabun içərək özlərini intihar etmiş kimi göstərirlər ki, xəstəxanaya getsinlər. Bəzən uşaqlar gülmək məqsədi ilə özlərindən zəiflərə sidik qarışdırılmış kola içirdirlər. Xəstəxanaya getmək üçün şüşə parçaları ilə özlərinə xəsarət yetirirlər”. 



Psixoloji bölməyə göndərilən məktubda uşaqların qaçmağa çalışdıqları haqqında da məlumatlar yer alıb: “Səkkiz mert hündürlükdəki divardan mələfəni düyünləyərək düşüb qaçmaq istəyənlər olub. Lakin qaçmağa həvəslənən uşaqlar nəzarət postunun gözündən yayına bilməyib”.

Gülnar









Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR