İnsanlara hürriyət, millətlərə istiqlal!

Uşağın anadan olmasına görə müavinətin məbləği 24 milyon manata çatdırılır- Komitə sədri

778 22.06.2022 12:43 Sosial A A

“Postpandemiya və postmüharibə dövründə ölkə iqtisadiyyatının genişlənməsi, orta aylıq əmək haqqının yüksəlməsi, yeni iş yerlərinin açılması DSMF-nin gəlirlərinin artmasına müsbət şərait yaradıb”.

Komitə sədri Musa Quliyev bunu parlamentdəki büdcə müzakirələrində söylədi. Deputat bildirdi ki, qeyd olunan faktorların, habelə əmək pensiyaçılarının sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən yeni qanunvericilik aktlarının qəbul edilməsi DSMF-nin daxil olmalarının həcminin əsaslı surətdə artmasını şərtləndirmiş və 2022-ci ilin ilk 5 ayında proqnoz göstəricilərinin yüksəlməsinə imkan yaradıb: “Fondun gəlirlərinin artım tempi proqnoz göstəricilərinin yenidən baxılmasına zərurət yaradıb. “Dövlət Sosial Müdafiə Fondunun 2022-ci il büdcəsi haqqında” Qanuna dəyişiklik edilməsi barədə Qanun layihəsinə əsasən, Fondun gəlirləri və xərcləri bərabər olmaqla 299,5 milyon manat, yaxud 5,6% artırılaraq 5. 606 milyon 300 min manat məbləğində müəyyən edilib. DSMF-nin gəlirlərinin artımı 2 mənbə üzrə proqnozlaşdırılır:

Birincisi, məcburi dövlət sosial sığorta haqları üzrə - 213,5 milyon manat;

İkincisi, dövlət büdcəsindən ayrılan vəsait hesabına - 86 milyon manat.

Fondun xərclərində proqnozlaşdırılan artım əsasən “əhaliyə ödənişlər üzrə xərclər” istiqamətində olacaq ki, bu da ilkin təsdiq edilmiş məbləğdən 298,2 milyon manat, yaxud 5,8% çoxdur. Artımı nəzərdə tutulan vəsait cənab Prezidentin pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə imzaladığı 8 fevral və 4 mart 2022-ci il tarixli sərəncamlarının icrası olaraq pensiyaçılara ödənilən maddi yardımın maliyyələşdirilməsinə yönəldiləcək”.

 M.Quliyev xərclərin artımının digər istiqamətindən də bəhs edti: “DOST Xidmətinin fəaliyyətinin maliyyələşdirilməsinə, bank əməliyyatlarının aparılması və s. xidmət haqlarının ödənilməsinə yönəldiləcək. Müzakirənizə təqdim olunan dürüstləşdirilmişbüdcə layihəsində bəzi müavinət xərclərinin bir qədər azaldılması nəzərdə tutulur ki, bu da COVİD-19 pandemiyasının mənfi təsirlərinin getdikcə azalması ilə bağlıdır. Bununla yanaşı, uşağın anadan olmasına görə müavinətin məbləğinin daha 4 milyon manat artırılaraq, 24 milyon manata çatdırılması nəzərdə tutulur. Bu artım uşağın doğulması görə müavinətin məbləğinin bu ilin əvvəlindən 200 manatdan 300 manata qaldırılması ilə əlaqədardır”. Komitə sədri bir daha qeyd etdi ki, dəyişikliklər dürüstləşmə xarakteri daşıyır və əhalinin sosial müdafiəsinin davamlılığını təmin etmək strategiyasına xidmət edir.

E.Paşasoy,

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR