İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna SQ Baş qərargahı: Ruslar Beloqorovkada möhkəmləniblər

502 04.07.2022 16:45 Sosial A A

Rusiya ordusu uzun artilleriya hazırlığını həyata keçirdikdən sonra Severski Donetsk bölgəsini keçə bilib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı qüvvələrinin Baş qərargahı məlumat yayıb.

Gələn məlumatlara əsasən, Rusiya ordusu Kramatorsk istiqamətində Lisiçansk və Beloqorovka ərazilərində möhkəmlənib.

Donetsk istiqamətində RF SQ qruplaşmalarının əsas səyləri Ukrayna ordusunun qoruduğu Seversk - Fedorovka - Baxmut xəttindən geri çəkilməyə məcbur etməyə yönəlib.

Baxmut istiqamətində rus ordusu toqquşma xətti boyunca artilleriya ilə Ukrayna ordusunun mövqelərini intensiv raket atəşinə tutub. Pokrovskoye, Berestovoye, Spornoe yaşayış məntəqələri və Uqleqorsk İES ərazilərinə kütləvi raket zərbələri endirilib.

Artilleriya dəstəyinin köməyi ilə Vasilievka, Berestovo, Klinovo və Mayorsk ərazilərində hücuma keçməyə çalışan Rusiya ordusunun cəhdlərinin qarşısı alınıb.

Avdeyevski və Kuraxovski istiqamətlərində işğalçılar Pobeda və Maryinka istiqamətlərinə doğru irəliləyiblər. Rusiya qırıcılarının bu istiqamətdə güclü raket zərbələri endirdiyi qeyd olunur.

Yujnobujski və Tavriya istiqamətlərində ruslar İvanovka, Potemkino və Mirnoye ərazilərində itirilmiş mövqelərini bərpa etməyə çalışır. Ruslar Novovoskresenski ərazisindəki mövqelərinin mühəndis texnikasını təkmilləşdirir.

İşğal olunmuş Krımdan Xerson rayonunun Mirnoye kəndindəki “Kalançak” dəmir yolu stansiyasına qədər ruslar 17 vaqon döyüş sursatı daşıyıb.

Rusiyanın həmçinin, Kursk vilayətinin ərazisindən Ukraynanın Sumı vilayətinin Vasilyevskoye, Belopolye, Baçevsk və Volkovka yaşayış məntəqələri ərazilərində müdafiə qüvvələrinin mövqelərini məhv etmək üçün aviasiya, artilleriya və helikopterlərdən istifadə etdiyi bildirilir.

Xarkov istiqamətində Rusiya ordusu Ukrayna qoşunlarının irəliləməsinin qarşısını almağa çalışır. Prudyanka istiqamətində Ukrayna əsgərləri rusların əks-hücum cəhdinin qarşısını alıblar.

Slavyank istiqamətində ruslar Boqorodiçne, Mazanovka və Dolina yaşayış məntəqələri üzərində nəzarəti bərqərar etməyə çalışırlar. Burada döyüşlər davam edir.

Rusiyanın bu istiqamətdə hücuma keçmək üçün qoşunlarını yenidən qruplaşdırdığı bilinməkdədir.
Novopavlovsk və Zaporojye istiqamətlərində Ukrayna Müdafiə qüvvələrinin bölmələrini sıxışdırmaq və onların başqa istiqamətlərə keçməsinin qarşısını almaq üçün Rusiya ordusu sistemli atəşə başlayıb.

Bunun üçün “Kalibr” tipli raketləri daşıyan üç hərbi gəmi Qara dənizdə hazır vəziyyətə gətirilib.

Xatırladaq ki, bu ilin may ayının 11-də Severski Donetsk çayını keçmək istəyərkən Rusiya ordusunun 74-cü motoatıcı briqadasının 550 nəfərlik şəxsi heyətindən 485-i (yəni 88%) məhv edilib, 80-dən çox rus texnikası sıradan çıxarılıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR