İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna məğlubiyyət riski altındadır - Dəhşətli proqnoz

1296 24.11.2023 01:43 Dünya A A

"Ukrayna danışıqlara məcbur olmaq riski altındadır". 

Musavat.com xəbər verir ki, bu barədə Litvanın xarici işlər naziri Gabrielius Landsbergis proqnoz səsləndirib. 

Diplomat Gabrielius Landsbergis bildirib ki, raket sistemləri, həmçinin sursat çatışmazlığı və Aİ-nin uzun qərar qəbul etmə prosesi Ukraynanı “Rusiyadan sülh istəməkdən” başqa çarəsi olmayan vəziyyətə sala bilər. 

Landsberqis qeyd edib ki, ABŞ-ın yardımı respublikaçılar tərəfindən əngəllənir, Aİ isə Kiyevi kifayət qədər mərmi ilə təmin edə bilmir. O, bunun üçün məyus olduğunu bildirib. 

“KXDR-in Rusiyaya yardımının Aİ-nin Ukraynaya köməyindən daha çox olması ironikdir”, - o, deyib. 

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR