İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna hərbi kəşfiyyat rəhbərinin həyat yoldaşını ZƏHƏRLƏDİLƏR

762 28.11.2023 13:23 Dünya A A

Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanovun həyat yoldaşı Mariana Budanova ağır metallarla zəhərlənib.

Musavat.com xəbər verir ki, bu barədə Ukraynanın “Babel” nəşri kəşfiyyat mənbələrinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, Mariana hazırda xəstəxanada müalicə alır. 

"Bu maddələr heç bir şəkildə gündəlik həyatda və ya hərbi sahədə istifadə edilmir, kimisə zəhələmək üçün qəsdən göndərilə bilər", - deyə nəşr yazıb.

Məlumata görə, adam öldürməyə cəhdlə bağlı araşdırma aparılır.

Bundan əvvəl Budanov Ukrayna mətbuatına müsahibəsində bildirib ki, arvadı Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsində işləməsə də, daim onunla ofisində olur.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR