İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna Almaniyadan daha 60 milyon avro alacaq

297 27.05.2024 14:16 Dünya A A

Almaniyanın xarici işlər naziri Annalena Berbok ölkənin Ukraynaya daha 60 milyon avro humanitar yardım ayırdığını açıqlayıb.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, o, bunu Avropa İttifaqı Şurasının xarici işlər nazirləri səviyyəsində iclasına gələrkən deyib.

“Bu məqsədlər üçün biz, Almaniya hökuməti olaraq, ilk növbədə Ukraynanın şərqinə daha 60 milyon avro ayırırıq”, - Berbok deyib.

Berbokun sözlərinə görə, “orada elə bir vəziyyət var ki, heç nə yoxdur”.

Nazir qeyd edib ki, Almaniya “beynəlxalq oyunçularla birlikdə” regiona humanitar yardım çatdırmağa çalışır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR