İnsanlara hürriyət, millətlərə istiqlal!

Uğursuzluqlara dözmədilər: Cəmi 2 ay çəkdi

711 17.12.2023 20:06 İdman A A

“Sevilya” baş məşqçisi Dieqo Alonsonu istefaya göndərib.

Bu barədə İspaniya klubunun mətbuat xidməti məlumat yayıb.

Bununla, Uruvay təmsilçisinin Andalusiya təmsilçisindəki fəaliyyətinin cəmi 2 ay çəkib.

48 yaşlı mütəxəssis üçün bu, onun Avropada məşqçi kimi ilk təcrübəsi olub. Alonso əvvəllər Uruqvay millisini çalışdırıb. Bundan əvvəl o, “İnter Mayami”, Meksikanın “Monterrey” və “Paçuka”, Paraqvayın “Olimpia” və “Quarani”, eləcə də ölkəsinin “Penarol” klublarına rəhbərlik edib.

Xatırladaq ki, Alonso oktyabrda Xose Luis Mendilibarın istefasından sonra “Sevilya”nı çalışdırmağa başlamışdı.

“Sevilya” hazırda La Liqada 13 turdan sonra 16 xalla turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb. Komanda Çempionlar Liqasının qrupunda dördüncü yeri tutub və bununla da cari mövsüm üçün avrokubok macərasını başa vurub.//Publika.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR