İnsanlara hürriyət, millətlərə istiqlal!

Ufada ayaqları olmayan deputata qarşı “ayı”lıq

682 11.03.2024 14:29 Dünya A A

Ufa hava limanında ayağı olmayan deputatdan maşından düşərək nömrəsini silməyi tələb ediblər.

Musavat.com Rusiya mediasına istinadla xəbər verir ki, Ufada hava limanının parkinq işçisi hər iki ayağını itirmiş Başqırdıstan deputatı və dördqat qış paralimpiya çempionu İrek Zaripovun çıxış kartı işləmədiyi üçün maşından düşməyə məcbur edib.

Deputatın sözlərinə görə, o, Moskvadan uçub və bütün bu müddət ərzində orada dayanmış avtomobilini dayanacaqdan götürüb. Lakin Zaripov ərazini tərk edə bilməyib. Dayanacaq əməkdaşının avtomobilin guya görünməyən nömrələri ilə bağlı iradı olub və o, deputatdan maşından çıxmasını və nömrəni silməsini tələb edib. Paralimpiyaçının əlil olması və nəqliyyat vasitəsini tərk etmək üçün əlil arabasını götürməsi ilə bağlı açıqlamaları parkinq işçisinə təsir etməyib.

Eyni zamanda, siyasətçinin çəkdiyi kadrlarda dayanacaqdan çıxışda işıqlandırmanın yaxşı işlədiyi, avtomobilin dövlət nömrə nişanlarının təmiz və aydın şəkildə göründüyü əks olunur.

Jurnalistlərlər söhbətində Zaripov əlil arabasının istifadəyə hazırlanmasının çox vaxt apardığını vurğulayıb. “Xeyli müddət yığdıq, istifadə etdik, sökdük. Həqiqətənmi hər kəsə əlil olduğumuzu sübut etməliyik? Əmin deyilsinizsə, əmin olun. Nömrəni maşından çıxmadan da yoxlamaq mümkündür”, o hesab edir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR