İnsanlara hürriyət, millətlərə istiqlal!

Üçtərəfli bəyanatda Zəngəzur mövzusu, Paşinyanın ümidi-Şərh

717 28.12.2022 15:43 Siyasət A A

 

 

"Qərbi Azərbaycan İcmasının üzvləri ilə keçirilən görüş tarixi əhəmiyyət daşıyır. Azərbaycan xalqı cənab prezidentin başçılığı ilə tarix yazır". 

Bu fikirləri Musavat.com-a politoloq Zaur Məmmədov deyib. O xatırladıb ki,  30 il ərzində qarşımızda dayanan ən böyük problem Qarabağ, Şərqi Zəngəzurla bağlı idi: "Qarabağda və Şərqi Zəngəzurda işğal faktorunun aradan qalxmasından sonra ən böyük çağırışlardan biri Azərbaycanın dövlət təhlükəsizliyinin gücləndirilməsi və tarixi ədalətin bərpa edilməsi üçün Qərbi Azərbaycan torpaqlarında təhlükəsizliyin təmin edilməsidir. Məlumdur ki, erməni diasporası Azərbaycana qarşı informasiya müharibəsini, torpaq iddiasını davam etdirir. Dünya isə buna səssiz qalır. Azərbaycan 2020-ci ilin noyabrından sonra Qərbi Zəngəzur və Göyçə məsələlərini Ermənistan qarşısında qaldırmağa başladı. Nəinki, Ermənistan və Azərbaycan danışıqlarında, ümumiyyətlə, beynəlxalq təşkilatların Ermənistanla danışıqlarında prioritet mövzulardan birincisi Zəngəzurdur. Azərbaycan üçtərəfli bəyanata Zəngəzur mövzusunu salmaqla gələcək üçün coğrafiyanın əhəmiyyətini aktuallaşdırdı. Azərbaycanlılar tarixi torpaqlarına qayıdacaqlar. Beynəlxalq ictimaiyyət bilməlidir ki, o ərazilər tarixi Azərbaycan ərazisidir.

Qərbi Azərbaycan İcmasının qarşısında dayanan ən böyük məsələ xarici auditoriya qarşısında bu məsələni qabartmaqdır. Kimin dağıdıcı olmasını göstərmək lazımdır. Azərbaycanlıların qəbirləri dağıdılıb, tarixi abidələrimiz viran edilib, Azərbaycan izinin silinməsi üçün ermənilər hər şey ediblər. Bu, əsas hədəfdir. Hər bir azərbaycanlı Qərbi Azərbaycanla bağlı həqiqətləri əlindən gəldiyi qədər çatdırmalıdır. Bu, Ermənistana ən tutarlı cavab olacaq. 2022-ci ilin avqust ayına qədər Ermənistan Qarabağ mövzusunda susqunluq nümayiş etdirir, Qarabağın dağlıq hissəsinin statusunu gündəmə gətirmirdisə, oktyabr ayında Avropa İttifaqının xüsusi missiyasının Fransanın köməyi ilə Qərbi Zəngəzura gəlişindən sonra Paşinyan rahatlaşdı. O hələ də düşünür ki, nəsə baş versə, Qərbi Zəngəzuru NATO, Avropa İttifaqının xüsusi missiyaları qoruyacaq. Bu, onu deməyə əsas verir ki, bugünkü ən aktual problemlərin həlli məhz Zəngəzurdan, Göyçədən keçir.

 

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR