İnsanlara hürriyət, millətlərə istiqlal!

"Twitter Blue" abunəliyi bu tarixdə işə salınacaq

948 11.12.2022 22:33 Texnologiya A A

Hesablara "Twitter"də verifikasiya işarəsi almağa imkan verən "Twitter Blue" abunəsinin satışı bazar ertəsi bərpa olunacaq.

Musavat.com-un Trend-ə istinadla məlumatına görə, bu barədə sosial şəbəkənin rəsmi "Twitter" səhifəsində bildirilib.

"Bazar ertəsi "Twitter Blue"nu yenidən işə salırıq, mavi işarə də daxil olmaqla, yalnız abunəçilər üçün nəzərdə tutulmuş funksiyalara daxil olmaq üçün ayda 8 dollar ödəməklə veb-versiyada və ya iOS-da ayda 11 dollar ödəməklə abunə olun", - deyə qeyd olunub.

Abunəçilər iki dəfə az reklam görəcək, öz səhifələrində daha uzun videolar yerləşdirə və yeniliklərə erkən giriş əldə edəcəklər. Bundan əlavə, "Twitter Blue" hesabları axtarışlarda, qeydlərdə və şərh siyahılarında daha yuxarıda görünəcək.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR