İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədən AZƏRBAYCAN AÇIQLAMASI: "Qardaşımız birinci gəldi, sonuncu getdi"

900 09.03.2023 19:12 Son xəbər A A

"Ölkəmizi sarsıdan zəlzələlərdən sonra dünyanın bir çox ölkəsi yardım üçün bir-biri ilə yarışdı. Zəlzələni eşidən kimi yola çıxan ilk ölkə isə qardaş Azərbaycan oldu. Həm hökumət, həm də Azərbaycan vətəndaşları Türkiyənin yaralarını sağaltmağa tələsdilər".

Musavat.com xəbər verir ki, bu fikirlər Türkiyənin nüfuzlu "Sabah" qəzetində yer alıb.

Qəzet yazır ki, zəlzələ öz ölkəsində baş veribmiş kimi davranan və “lazım olana qədər qalacağıq” deyən Azərbaycan axtarış-xilasetmə qrupunun son hissəsi dünən Türkiyəni tərk edib.

"Zəlzələlərin episentri olan Kahramanmaraş şəhərinə gələn 760 Azərbaycan axtarış-xilasetmə heyətindən 224-ü xüsusi mərasimlə ölkələrinə yola salınıb. Zəlzələdən sonra Kahramanmaraş və Hatayda çalışdıqlarını bildirən Azərbaycan Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin rəisi general-mayor Məhərrəm Həsənov dağıntılar altından 53 nəfəri xilas etdiklərini bildirib. Ə.Həsənov Azərbaycan dövləti və Azərbaycan xalqının hər zaman Türkiyənin yanında olduğunu deyib" - "Sabah" qəzeti yazıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR