İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədə turistlərə mənzil kirayə vermək çətinləşib

576 02.11.2023 14:00 Dünya A A

Türkiyə rəsmilərin icazəsi olmadan turistlərə mənzil kirayə verilməsini qadağan edib.

Musavat.com xəbər verir ki, müvafiq qanunun mətni Türkiyənin rəsmi qəzeti “Resmi Gazete”nin saytında yerləşdirilib.

Qeyd olunur ki, yeni qayda yalnız 100 günə qədər kirayə verilən mənzillərə şamil olunacaq. Mənzillərin icarəyə verilməsinə icazə Mədəniyyət və Turizm Nazirliyi, eləcə də vilayət administrasiyasının aparatı verəcək. Bu zaman icarəyə verilən mənzilin girişinin qarşısında xüsusi lövhə yerləşdiriləcək.

Yeni qanunun tələblərindən yayınan hər bir obyekt 100 min türk lirəsi cərimə olunacaq. Təkrar pozuntular zamanı cərimənin həcmi 500 min lirəyə qədər artırılacaq.

Bundan əvvəl Türkiyədə yaşamaq istəyən əcnəbilərin 200 min avro dəyərində daşınmaz əmlaka sahib olmalarına dair qanun qəbul edilib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR