İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədə doğulan qalmaqallı Dilan bu addımı ilə Vildersə ŞOK yaşatdı

2227 26.11.2023 09:00 Dünya A A

Noyabrın 22-də Hollandiyada keçirilən növbədənkənar seçkilərdə qalib gələn ifrat sağçı və İslam əleyhdarı siyasətçi Girt Uildersin hökumət qurmaq ümidini Türkiyə əsilli Dilan Yeşilgöz puç edib.

Musavat.com xəbər verir ki, seçki nəticələrini dəyərləndirən Azadlıq və Demokratiya Xalq Partiyasının lideri Dilan Yeşilgöz seçkilərdə qalib gələn ifrat sağçı Vilderslə hökumət qurmayacaqlarına işarə edib.

“Koalisiya bizim üçün seçim deyil, amma məsuliyyətdən qaçmırıq. Biz asanlaşdırıcı və konstruktiv şəkildə yaxşı tədbirlər görən sağ mərkəzçi kabineti dəstəkləyəcəyik" - o deyib. Seçkidən əvvəl Vilderslə hökumət qura biləcəklərini bildirən Yeşilgözün bu açıqlama ilə Vildersin üzünə "qapını bağladığı" düşünülür.

Hökumət qurmaq üçün sağ partiyaların dəstəyinə ehtiyacı olan Vilders Yeşilgözün sözlərini "məyusluq" kimi qiymətləndirib.

Mütəxəssislər koalisiya danışıqlarının son aylara qədər davam edəcəyinə və Vildersin baş nazirliyinin onun ifrat sağçı ritorikasını yumşaltmasından asılı olacağına inanırlar.

Bundan başqa, Hollandiyanın bir çox şəhərlərində Vildersə qarşı etirazlar keçirilir.

Qeyd edək ki, Ankara doğumlu Dilan Yeşilgöz seçkilərdə qalib gələcəyi təqdirdə Hollandiyanın ilk qadın baş naziri olacaqdı. O, türklərə qarşı düşmənçiliyi ilə tanınır. 1984-cü ildə Hollandiyaya qaçan PKK terrorçusu Yücel Yeşilgözün qızı olan Dilan Yeşilgöz qondarma erməni soyqırımını tanıyan "5 türk əsilli" millət vəkilindən biri olub. Türk və hicab düşmənliyi ilə tanınan Dilan Yeşilgözün əcdadlarının kürdləri qətlə yetirən separatçı ermənilər olduğu, ancaq kürdlərdən dəstək almaq üçün özlərini kürd kimi təqdim etdiyi iddia edilir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR