İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədə ard-arda 62 zəlzələ oldu

475 16.06.2026 15:42 Dünya A A

Türkiyənin Kayseri vilayətinin Pınarbaşı rayonunda gecə saatlarından etibarən intensiv seysmik fəallıq müşahidə olunub.

Türkiyənin Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi Agentliyinin (AFAD) məlumatına görə, bölgədə bir gecə ərzində ümumilikdə 62 zəlzələ baş verib.

Məlumata əsasən, təkanlar axşam saatlarında başlayaraq gecə boyu davam edib. Qeydə alınan zəlzələlərin ən kiçiyinin maqnitudası 0,8, ən güclüsünün isə 3,9 olub.

Ardıcıl yeraltı təkanlar rayon sakinləri arasında narahatlıq yaratsa da, ilkin qiymətləndirmələrə görə, hadisələr nəticəsində ölən və ya yaralanan olmayıb./milli.az/

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR