İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədə amfibiya təyyarəsi QƏZAYA UĞRADI VİDEO

617 14.06.2024 20:11 Hadisə A A

Türkiyədə meşə yanğınının söndürülməsinə cəlb olunan amfibiya təyyarəsi suda batıb.

Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə ölkənin qərbindəki Muğla vilayətində baş verən yanğının söndürülməsi zamanı baş verib.

Belə ki, Bafa gölündən su götürməyə çalışan təyyarə batıb.

Əyalətin qubernatoru İdris Akbıkın verdiyi məlumata görə, təyyarənin batmasına səbəb texniki nasazlığı olub: 

“İki pilot və daha bir mütəxəssis xilas edilərək sahilə çıxarılıb. Onlar xəsarət almayıblar”.

Hazırda xilasedicilər hadisə yerində işləyir, təyyarənin sudan çıxarılması variantlarını araşdırır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR