İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə və Rusiya arasında hesablaşmalarda problem var

716 27.05.2024 11:33 Dünya A A

Rusiya ilə hesablaşmalarda yaranan problemlər Türkiyə iqtisadiyyatının bir sıra sahələrində, o cümlədən maşınqayırma və sənaye sektorunda böhranlı vəziyyətə gətirib çıxarıb.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, iqtisadi şərhçi Mustafa Rəcəb Erçin Rusiya Federasiyası ilə ödənişlərdə yaranan çətinliklərin nəticələrindən danışıb.

O, Türkiyə iqtisadiyyatının yuxarıdakı sektorlarının hazırkı böhran vəziyyətini ciddi adlandırıb. Ekspert yerli hakimiyyət orqanlarının rusiyalı kontragentlərlə əməliyyatların aparılması üçün mümkün həll yolları məsələsini hələ də həll etməməsindən şikayətlənib. "Transfer probleminin hələ həll edilməməsi və ya üçüncü yolların tapılmaması təəssüf doğurur, lakin ticarətin dolayı yolla davam edəcəyini düşünürəm", -Erçin deyib.

Təhlilçi əlavə edib ki, ödənişlə bağlı çətinliklər daha az dərəcədə qida seqmentinə təsir edib. Eyni zamanda Türkiyə sənayesinin digər sektorları problemin bütün nəticələrini hiss edirlər. Analitik Türkiyə və Rusiya şirkətləri arasında ödənişlərin davam edəcəyini gözləyir. Bununla belə, o, dəqiq necə olacağından bəhs etməyib.

Bundan əvvəl Rusiya Federasiyası ilə Türkiyə arasında ödənişlərdə çətinliklərin daha bir nəticəsi barədə Rusiya Avtomobil Sığortaçılar İttifaqının (RUA) rəhbəri Yevgeni Ufimtsev məlumat verib. O bildirib ki, əməliyyatlara xidmət göstərən yerli banklar və maliyyə qurumları ilə bağlı problemlər səbəbindən xarici avtomobil hissələrinin çatdırılma müddətləri xeyli artıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR