İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə və Azərbaycanın başı qarışıb, qarğa-quzğun hərəkətə keçib - TÜRK DÜŞMƏNLƏRİ!!

3383 07.02.2023 18:20 Yazarlar A A

Türkiyə zəlzələsində həlak olan və yaralananların sayı durmadan artır. Eyni zamanda dağıntılar altında qalanların sayı ilə bağlı qorxunc rəqəm dolaşır...Ən dəhşətlisi budur ki, 72 saatlıq həyatda qalma şansı ilə bağlı müddət də getdikcə azalır... Şaxtalı qış, beton altında, ac-susuz...

Azərbaycan başda olmaqla bir sıra dost-qardaş dövlətlər Türkiyəyə yardım edirlər. Ölkəmiz bir istisnadır təbii ki...Biz bir millətik, öz dövlətimiz bilirik Türkiyəni. Odur ki, dərhal təklif belə gözləmədən yardıma getdik dövlət və millət olaraq. Elə bu sətirləri yazarkən Prezident İlham Əliyevin tapşırığı ilə daha bir təyyarə qardaş ölkəyə humanitar yardım apardı. Qazax, özbək qardaşlardan yaponlar, israilli xilasedicilərdən tutmuş, almanlaradək, qonşu gürcülərədək hər birinə təşəkkür düşür, insanlıq naminə yardım əllərini uzatdıqları üçün! O beton qatın altında qalan və kömək gözləyən dünyadan xəbərsiz uşağın dünya siyasətinə, ölkələrin münasibətlər sisteminə heç bir aidiyyatı yoxdur, bunu anlayan lazım. Başqa bir ölkə eyni fəlakətlə üzləşsəydi, Türkiyə dövləti, “Qızıl Ay” həmən orda olardı. Türkiyə fəlakətlə üzləşən ölkə, orda yaşayan millətlə münasibətini çeşidləməyib heç zaman, təcili şəkildə yardıma tələsib, insanlıq naminə!

Amma diqqət edin, Türkiyə iki gündür zəlzələ dəhşətləri ilə üzbəüz qalıb, amma iki qonşu kənardan baxır, cəmi iki həftə öncə “bacılıq” sazişi imzalayanları nəzərdə tuturam. Hər ikisi “Türkiyəyə yardım göstərməyə hazırıq” deyib, qeybə çəkildilər. Türkiyənin onların yardımına ehtiyacı yoxdur, məncə...Çünki “Keçmə namərd körpüsündən, qoy aparsın sel səni” misalı var bizlərdə...

484b5998-3dfa-3742-9b57-532ba599dd48_850 (1).jpg (78 KB)

Yanvarın 28-sində Cənubi Azərbaycanda, Xoy vilayətində baş verən dağıdıcı zəlzələyə də həmin iki “bacı” paytaxtın münasibəti eyni oldu. Ermənistan heç məhəl qoymadı, İran isə nəinki özü öz vətəndaşlarına yardıma tələsdi, hətta Türkiyə və Azərbaycandan təklif edilən yardıma da “yox” dedi. Bu, bir dəhşətli fakt idi, amma dünya məhəl qoymadı. Nə beynəlxalq təşkilatlar Güney Azərbaycan insanına yardım kampaniyasına başladı, nə də İranı bu, antibəşəri münasibətinə görə qınadı. Və güneylilər, uşaq, qadın, qoca qışın şaxtasında donurlar, İran sobasının istisina qızınmaq istəyənlərin də ailəsində neçə-neçə faciə baş verib. İranın sobası belə, həyat üçün təhlükə mənbəyinə çevrilib!

Beləcə, Türkiyənin, “Qızıl Ay”ın yardımını qəbul etməyən, “hər şeyimiz var” deyib, məsələyə nöqtə qoyan İran Türkiyədə baş verən dəhşətli zəlzələdən sonra “yardım” təklif etdi. Təklif...Əgər Türkiyə dövləti bütün dünyaya müraciətlə yardımları qəbul etməyə hazır olduğunu bəyan edibsə, daha təkrarən “təklif” nə deməkdir? Yəni söz oyunu. Eynilə də Ermənistan, bu gün yenə də Türkiyəyə yardım göstərməyə hazır olduqlarını iddia ediblər...Erməni mətbuatı yazıb: Ermənistan zəlzələnin nəticələrinin aradan qaldırılması üçün Türkiyəyə xilasedicilər göndərməyə hazırlaşır. “Baş nazirin Twitter-də yazdığı kimi, Ermənistan Türkiyə və Suriyaya lazımi yardım göstərməyə hazırdır. Hazırda bu istiqamətdə təşkilati işlər aparılır”, - deyə Ermənistan News-NEWS.am-in sorğusuna cavab olaraq hökumət bildirib ki, söhbət həm də xilasedicilərin göndərilməsindən gedir.

1988-ci ilin 7 dekabrında Ermənistanın Spitak və Leninakanında baş verən zəlzələ Türkiyə ilə müqayisədə aşağı dərəcədəydi, 7 ballıq! Amma dağıntı və insan tələfatı xəbərini alan kimi, həm Türkiyə, həm Azərbaycan yardıma tələsdi. Azərbaycan xilasedicilərini belə, havada vurdular, 70-dən çox insan həlak oldu! Amma bu gün Ermənistanda bənzər fəlakət olsa, Türkiyə və Azərbaycan yenə də yardım əlini uzadar...Necə ki, pandemiya başlayanda Ankara İrəvana yardım təklif etmişdi, lakin erməni hökuməti imtina etdi. Yenə də köhnə ədavət, qisas!

1066619602_0_45_1024_621_600x0_80_0_0_5ffe687bf9bd07de4332d40927f6e618.jpg (63 KB)

Baxın, erməni mediası yenə də öz ampulasındadır, Türkiyənin bu, ağır günündə də onun “daşı” ilə əlləşirlər. Yazırlar ki, Hatay şəhərində dağılmış binaların ərazilərində axtarış işləri, əsasən, yerli hakimiyyət orqanları tərəfindən aparılır ki, bu da kifayət etmir. “Sakinlər dövlətin Antakyaya heç bir yardım göndərmədiyini, meyitlərin küçələrə səpələndiyini, heç nə ilə örtülmədiyini, dağıntılar altından canlı insanların səsinin eşidildiyini deyirlər.

Qeyd edək ki, Hatay vilayətində praktiki olaraq türk yoxdur, onun əsas əhalisi ələvilər, kürdlər, ərəblər, ermənilər, asurilərdir”. Bax, budur bunların mahiyyəti! Türkiyə fövqəladə rejimdə çalışır, bütün ölkə səfərbər olunub, amma etiraf edilir ki, qüvvələr kifayət etmir, miqyas çox böyükdür, kəsəsi, Türkiyənin 4 Ermənistan boyda ərazisi darmadağın olub, Ermənistan əhalisindən 5-6 dəfə çox əhali zəlzələ qurbanıdır...Burada necə ittiham edəsən, necə iddia eləyəsən ki, “türk yaşamadığı üçün..?” Sadəcə, şərəfsizlik!

Amma erməni mediası başqa bir xəbərdə etiraf edir ki, Türk xilasedicilər millətindən asılı olmayaraq, hər kəsi xilas edirlər, Malatyada dağıntılar altından çıxarılan erməni ailə kimi...

Hələ bunlar nədir ki? Türkiyə və Azərbaycanın başının zəlzələyə qarışmasından sui-istifadə edən Paşinyan tez telefonu götürüb Makron “bacısı” ilə qeybətimizi edib, Laçın yolu ilə bağlı göz yaşı axıdıb, yenə də Avropadan vurub, Amerikadan çıxırlar, hələ Ruben Vardanyan da tülkü kimi aradan çıxaraq Moskvaya, ağasının yanına getdi, növbəti təlimatları almağa...Türkün başı qarışıqdır deyə, vurnuxmağa başlayıblar. Okeanın o tayından özünü “həmsədr” adlandıran amerikan xortlayaraq Laçın yolunu açın, deyə, sərsəmləyib bu dəfə...

442043398_75_0_1798_1292_1920x0_80_0_0_f4d6fd33eecbbe80fa5b67dee38c253d.jpg (248 KB)

Çox həyəcanlıydı ermənilər və ağaları, neçə vaxtdır Ərdoğanın may seçkisindən yazırdılar, post-Ərdoğan nağılı qururdular, onların qorxulu röyası olan Türkiyə liderinin bir daha seçilməməsi üçün bütün var-yoxlarından keçməyə hazırlıqlarını nümayiş etdirirdilər.

Və budur, ermənilər La Reppublica qəzetindəki materialı da tirajlayıblar. Bu dəfə italyanlar Türkiyənin bu, ağır günündə gör nə müzakirə açıblar. “Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın zəlzələyə reaksiyası onun 2023-cü ilin iyununda keçiriləcək prezident seçkilərində qalib olub-olmamasını müəyyən edəcək”, La Reppublica yazıb. Daha sonra da “Qeyri-adi geofiziki hadisədir ki, ondan heç də az əhəmiyyətli olmayan geosiyasi nəticələr yarana bilər. May seçkilərinin nəticəsi ya Rəcəb Tayyib Ərdoğanı Türkiyə Cümhuriyyətinin zirvəsinə yüksəldə bilər, ya da onun iyirmi illik hakimiyyətinin sonu ola bilər. Bu, əsasən onun zəlzələyə reaksiyasından asılıdır”, - nəşr əlavə edib.

Bax, budur, türk düşmənçiliyi! Kişiliyə, insanlığa yaraşamayan davranış! Ərdoğan bu gün 84 milyon insanını qorumaq, fəlakətlərdən xilas etmək üçün çalışır, gərgin iş rejimindədir Türkiyə hökuməti, dövləti. Bu gün Rəcəb Tayyibin yadına seçki düşmür bəlkə də. Onu millətindən asılı olmayaraq, Türkiyə vətəndaşının taleyi maraqlandırır. Əminik ki, əgər Türkiyə bu, dağıdıcı zəlzələ ilə üzləşməsəydi, bu gün bütün imkanları ilə qonşu Suriyaya yardıma tələsirdi, Bəşərlə münasibətinə, bu ölkədən gələn təhlükələrə baxamayaraq. Necə ki, illərdir suriyalıları bağrına basıb, ölkəsində yaşadır Türkiyəmiz! Çünki Türkiyə üçün, türk kişisi, türk lideri üçün öncə insanlıq məsələsi var.

Tarixən belə olub, Türkün başına hansısa faciə gələndə qara qarğalar, quzğunlar, çaqqal-çuqqallar tez fürsətən faydalanmağa çalışıblar. Amma arzuları gözlərində qalacaq bu dəfə!

Xainlər!!!

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR