İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə Super liqasında görünməmiş hadisə: Hakim vəhşicəsinə döyüldü - VİDEO

2769 12.12.2023 00:10 İdman A A

Türkiyənin futbol üzrə Super liqasında görünməmiş hadisə baş verib.

Superliqanın 15-cü trurunda Ankarada keçirilən "Ankaragücü"-"ÇaykurRizəspor" oyununun sonunda ev sahibi "Ankaragücü" klubunun prezidenti Faruk Koca meydana girərək oyunun hakimi Halil Umut Meleri yumruqlayıb. Yerə düşən Halil Umut Meler üstəlik yerdə "Ankaragücü"lü idarəçilər tərəfindən təpiklənib.

Qeyd edək ki, Halil Umut Meler Türkiyənin hazırda ən məşhur hakimi sayılır. Onu UEFA Çempionlar liqasının ən vacib oyunlarına dəvət edirlər.

Hakimi təpikləyən Faruk Koca isə keçmiş deputatdır. Faruk Koca Ədalət və İnkişaf partiyasının qurucularından sayılır.

 

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR