İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə Rusiyadan buğda idxalını 3 dəfəyə yaxın azaldıb

636 01.04.2024 22:09 Dünya A A

Mart ayında Rusiyanın taxıl ixracı 5,7 milyon ton olub ki, bu da ötən ilin mart ayı ilə müqayisədə 14,6 faiz azdır.

Musavat.com xəbər verir ki, bu barədə Rusiya Taxıl İttifaqının monitorinq hesabatında məlumat açıqlanıb. 

Hesabatdan aydın olur ki, ən çox azalma buğda ixracında qeydə alınıb: 15,7 faiz. Ay ərzində 4 milyon 517 min ton ixrac olub. Mövsümün əvvəlindən (2023-cü il iyulun 1-dən) ixraca 51,4 milyon ton taxıl, o cümlədən 42,2 milyon ton buğda göndərilib: “Beləliklə, əsas taxıl növlərinin ixrac potensialı 67 milyon ton olmaqla, mövsümün qalan üç ayında 15,6 milyon ton, ixrac potensialı 55 milyon ton olan buğda isə 12,8 milyon ton ixrac oluna bilər. Qalan üç ayda taxılın əsas növləri üzrə orta aylıq ixrac 5,2 milyon ton, o cümlədən buğda üzrə 4,3 milyon ton həcmində qiymətləndirilir. Bu həcmlər hazırda göndəriləndən azdır”.

Mart ayında Rusiya buğdasının ən böyük alıcısı Misir olub: ötən ilin martındakı 1 milyon 477 min tonla müqayisədə 1 milyon 196 min ton. Məlumata görə, ötən ay Türkiyəyə ixrac bir il əvvəlki 1 milyon 82 min tona qarşı cəmi 362 min ton təşkil edib. Eyni zamanda Liviyaya ixrac bir il əvvəlki 73 min tona qarşı 752 min tona, Banqladeşə 57 min tona qarşı 160,8 min tona yüksəlib.

Ay ərzində Avropa buğdasının qiyməti martın 1-də olan 210 dollardan 1,9 faiz artaraq bir ton üçün 214 dollara çatıb. Amerika buğdası isə əksinə, 8 faiz ucuzlaşaraq tonu 244 dollardan 225 dollara düşüb. Rusiya buğdasının qiyməti (FOB Novorossiysk) 9 faiz azalaraq 204 dollara qarşı 224 dollar olub.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR