İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə Qəzzada səhra xəstəxanası quracaq

292 28.11.2023 18:32 Dünya A A

Türkiyə Qəzza zolağında səhra xəstəxanası quracaq.

Türkiyəli mütəxəssislərdən ibarət nümayəndə heyəti səhra xəstəxanasının qurulması üçün hazırlıq işləri aparmaq məqsədilə Qəzza zolağına gedib.

"Bu səhər texniki heyət Misir vasitəsilə Qəzzaya yola düşüb. Xəstəxananı tez bir zamanda istifadəyə vermək planlaşdırılır və bununla bağlı vaxt nümayəndə heyətinin işinin nəticələrindən asılı olacaq", - məlumatda qeyd edilib.

Qeyd edək ki, noyabrın 23-də Türkiyənin səhiyyə naziri Fahrettin Koca Qəzzada səhra xəstəxanasının qurulması ilə bağlı Misir və İsraillə əlaqə saxladığını açıqlayıb. Onun sözlərinə görə, bu məsələni müzakirə etmək və tibb müəssisəsinin yerini seçmək üçün koordinasiya qrupu artıq Misirə səfər edib.//Trend.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR