İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə millisi Şimali Makedoniyanı darmadağın etdi - VİDEO

1971 01.06.2026 23:08 İdman A A

 

2026-cı il dünya çempionatına vəsiqə qazanan Türkiyə milli komandası yoxlama oyununda Şimali Makedoniya üzərində inamlı qələbə qazanıb.

Musavat.com xəbər verir ki, İstanbulda keçirilən qarşılaşmada “ay-ulduzlular” rəqibini 4:0 hesabı ilə məğlub edib.

Beləliklə, Türkiyə millisi mundial öncəsi növbəti sınaq matçını uğurla başa vuraraq yaxşı formada olduğunu nümayiş etdirib.

Qeyd edək ki, Türkiyə yığması dünya çempionatına hazırlıq çərçivəsində son yoxlama oyununu iyunun 7-də Venesuela millisinə qarşı keçirəcək.

DÇ-2026-ya hazırlaşan Türkiyə milli komandası hazırda yoxlama oyununda Şimali Makedoniya ilə qarşılaşır.

Musavat.com xəbər verir ki, görüş İstanbulda, “Şükrü Saracoğlu” stadionunda keçirilir. Bakı vaxtı ilə saat 21:30-da start götürən matç Türkiyə millisinin mundiala hazırlıq planı çərçivəsində təşkil olunub. “Ay-ulduzlular” növbəti və son yoxlama oyununda iyunun 7-də Venesuela millisi ilə üz-üzə gələcək.

Qeyd edək ki, Türkiyə millisi DÇ-2026-da ABŞ, Paraqvay və Avstraliya ilə D qrupunda mübarizə aparacaq.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR